XEBERNUR.info
 Valyuta məzənnəsi

Bayram Yusifov :Əsl ağsaqqal,incə qəlbli insan və ya mayası bir xalqın mənəvi-əxlaqi dəyərləri ilə yoğrulan vətən övladı

Oxunub: 54 Tarix:29-10-2022, 18:59

Bayram Yusifov :Əsl ağsaqqal,incə qəlbli insan və ya mayası bir xalqın mənəvi-əxlaqi dəyərləri ilə yoğrulan vətən övladıİnsan əvvəlcə İlahi Qərarla doğulur və sonra da doğulduğu mühitin övladı kimi tanınır,sevilir, hörmət,nüfuz sahibi kimi qiymətləndirilir. Zaman isə onu əsl şəxsiyyət kimi yetişdirməyi öhdəsinə götürür.

Vətən torpağdır(!);Torpağı vətən edənlər,Tanrının Mübarək Haqqı ilə əməli düz insan olaraq Buyrulan elə həmin kəslərdir.

Vətən şəxsiyyətlərin boynundakı İlahi Haqqdır.Bu Haqq,vətən təəssübündən doğan Mütləq Qərardır; bu Qərarın Hökmü,- ona əməl edənlərin əbədi qan yaddaşı,sevgisi,- bir millətin min illərin əxlaqi- mənəvi dəyərlərinin yaddaşından üzü bəri gələn, Tanrının Haqqına sahib çıxmaq təşnəsidir. Bu haqq, torpaqla doğulub, torpaqla ucalanların haqqıdır.

Torpaq haqqı vətən borcudur; vətən borcu şəxsiyyəti dünyaya gətirən ananın haqqıdır. Şəxsiyyətin ləyaqəti onun haqqına sahib çıxmasındadır.Haqqına sahib çıxan insanın vətən borcu, İlahi tərəfindən ona verilmiş inayət,lütf,ən ali mükafatıdır.

Çünki, əxlaqi-mənəvi dəyərlər üçün bütün buyrulanlara əməl edib,onun ağırlığını daim dərk edən,bu İlahi yükü çiynində gəzdirənlər,haqqın dopdoğru süzgəcindən dipdiri keçənlərdir.İlahi yükün məsuliyyətini boynuna əbədi götürənlərdir.


İlahi haqqı qazanmaq, şəxsiyyətin anasını qorumağıdır; çünki, yalnız haqqı çatan şəxsiyyətlərə vətənə çevrilən anasını qorumaq tapşırılır.

İlahi haqqa sahib olmaq,ruhani gücün təcəssümü,onu daim içində gəzdirənlərin əbədi haqq işidir.

Çünki, vətən əxlaq məsələsidir.Bir millətin şərəf və ləyaqəti,onun namusuna sahib çıxması ilə yadda qalandır. Milləti şərəfləndirən isə İlahinin haqq verdiyi, əxlaqı və mənəviyyatı ilə seçilən əməli düz övladlarıdır.

Həmin insanlardan birinin,- boynunda Allah haqqını gəzdirən,içində illərlə mənəvi-əxlaqi gücü qoruyan, haqqın qulu,doğrunun dostu,riyanın düşməni,xalqının şad günündə şadlanan,kədərini öz qəmi bilən,elmi,mərifəti daim uca tutan və onu şərəfləndirən,sadə xalqla Haqqın Hökmüylə olduğu kimi davranan bir əxlaq, mərifət, ədəb-ərkan,zəka sahibini,həmçinin səxavətli,əl tutan, imkansızı, kimsəsizi, sıxıntıya düşən,çətinlikdə qalan Allah Bəndəsini elə Allaha Xatir darda qoymayan təpədən-dırnağa bir milli adamı olduğu kimi təqdim etmək istəyirik.

Arxasında maraqlı dövlətlərin dayandığı və maliyyələşdirdiyi bir sıra dini cərəyan və təmayüllərin ölkə hüdudları boyunca intişara cəhd etmələri, fəallığı üçün fürsət qazanmaları, zaman- zaman özünü büruzə verməyə cəhd göstərmişdir.


Ancaq Azərbaycanın milli və dövlət maraqlarının qorunması və müdafiəsi üçün daim hazır dövlət orqanları və vətəni sevən insanlar,bu mənfi tendensiv halların qarşısının alınmasında fəal iştirak etmiş,həmin zərərli cərəyanların fəallaşmasının qarşısı alınmışdır.


Elə Bayram Yusifov kimi ağsaqqal, zəkalı, siyasi oyaq, zehni açığ, milli və dövlətçilik maraqlarına sadiq şəxslər, bu illər ərzində insanlar arasında apardığı mənəvi-əxlaq dəyərlər mövzusundakı söhbətləri, maarifçilik işləri, insanların doğru- düzgün istiqamətə yönləndirilməsi sayəsində, bu gün ölkədə vətəndaşların əxlaqi- dünyagörüşlərinin durumu sabit, stabil, asayişdədir.


Nəzərə alsaq ki,Azərbaycan çox konfensiyalı ölkədir,respublikda dini inancına görə bir çox xalqlar yaşayır,ancaq bu heç də dini dözümümsüzlük üçün əsla təhlükə, maneə, gərginlik yaratmır.

Əksinə, insanlar bir- birini dini inancına,əqidəsinə hörmətlə yanaşır,qarşılğlı ünsiyyət üçün müsbət atmosferin yaranmasına yaxından köməklik göstərirlər.

Bu amil,bundan sonra da ölkədə birgə yaşayışın,multukultral dəyərlərin qorunmasına gətirib çıxarmasına və Azərbaycanda uzun müddətli sakitçiliyin, dini, mənəvi - əxlaqi dəyərtlər baxımından dözümlüyün bərqarar olunmasına stimul verən detallrdandır.

Bu tip təqdirə layiq həlli vacib məsələlər, düşünürük hələ bundan sonra da davam edəcək və Bayram Yusifov kimi çox təcrübəli və nüfuzlu, səriştəlı insan, dəyərli ziyalı, respublikanın tanınan ağsaqqallarından biri olaraq, ölkənin çox tərkibli ictimaiyyatı arasında, həmçinin rəhbərlik etdiyi kollektivdə çalışan əməkdaşları milli və dövlətçilik maraqları istiqamətində daha doğru- düzgün səmtə yönləndirməyi bacaracaq, gördüyü işlər yadda qalacaqdır.

Bayram müəllimin bu günə kimi keçdiyi şərəfli həyat yoluna ekskurs etsək, onun doğurdan da bu günə kimi dövlət və xalq qarşısında gördüyü əvəzssiz xidmətlərin, qazandığı nüfuz və hörmətin çəkisinin nə qədər ağır olduğuna qibtə edərsən; beləki,1963-cü il fevral ayının 26-da Gürcüstan Respublikasında Borçalı bölgəsinin Marneuli rayonunun Təzəkənd kəndində dünyaya göz açan Bayram müəllim,1979-cu ildə orta məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra, 16 yaşında Bakıya üz tutur və Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) qəbul olur.

Bayram müəllim, 1984-cü ildə həmin institutun mexanika fakültəsinin mühəndis-mexanik ixtisası üzrə bitirərək, "Azərelektroterm" İstehsalat Birliyində (1984–1987) gənc mühəndis-texnoloq, mühəndis-konstruktor kimi əmək fəaliyyətinə başlayır.

1987–1991-ci illərdə o, "Azərneftkimyazavodtəmir" trestində mühəndis mexanik, sonra Azərbaycan Respublikası Dövlət Təchizat Komitəsində (1991–1995) kommersiya şöbəsinin rəis müavini, daha sonra isə həmin komitədə kommersiya şöbəsinin rəisi vəzifələrində çalışır.

1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində ikinci ali təhsil alan Bayram müəllim, hüquqşünas ixtisasına da yiyələnir.

Daha sonra Bayram müəllim, respublikada sahibkarlıq üçün yaradılmış münbit, əlverişli şəraitə uyğun, 1994-cü ildə "Gəncəli" İstehsalat Kommersiya şirkətini təsis edir.

Elə həmin ildən bu günə qədər adıgedən şirkətə rəhbərlik edir.

2009-cu ildən isə Bayram Yusifov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavinidir.

Onun sahibkarlığ fəaliyyəti ilə yanaşı, həmçinin milli və dövlətçilik istiqamətində aparılan uğurlu siyasətə uyğun olaraq respublikanın gedən ictimai -siyasi həyatında da əhəmiyyət kəsb edən fəaliyyət proqramı var.

Beləki, Bayram Yusifov uzun illərdən bəri Azərbaycan Ağsaqqallar Şurası ilə yaxından əməkdaşlıq etmiş, təşkilatın üzvləri ilə birlikdə bir çox səmərəli işlər həyata keçirmişdir.

Bu cür aktiv fəaliyyəti, respublika ağsaqqallarının daim diqqət mərkəzində olmuş və yüksək qiymətləndirilmişdir.

Bu üzdən də, Bayram Yusifov Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) 2009, 2013, 2018 və 2020-ci illərdə keçirilən V, VI, VII və VIII qurultaylarında AAŞ-ın sədr müavini seçilmiş və hal-hazırda Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyevin rəhbərliyi altında bu təşkilatın Azərbaycan xalqının milli mənafeyinə xidmət edən fəaliyyətinin daha da intensivləşməsində və ictimai-siyasi proseslərdə yaxından iştirak edir.

Cəmiyyətin, xüsusilə də gənc nəslin tərbiyəsində, onların vətənpərvərlik ruhunda yetişməsində ölkə ağsaqqalları ilə birgə fəaliyyət göstərir.

Bayram müəllim həm də inə qəlbli, olduqca yüksək poetik zövqə malik, lirik düşüncələr sərgiləyən insandır.
Ruhundan qəlbinə bal kimi süzülən və barmaqlarına gec verən zəngin təxəyyülü, onun poeziya dünyasında yadda qalan onlarla şer çələginin hörülməsiə səbəb olmuşdur.

Onun yaradıcılığının fərli xüsusiyyətləri duyumunun milli köklərə söykənməsi, poetik düşüncələrinin gözünün xalq ruhundan su içməsidir.
O, soğurdan da. ədəbiyyatın, poeziyanın, milli musiqinin, bütövlükdə incəsənət və mədəniyyətin gözəl bilicisi və vurğunudur, incə ruhlu yaradıcı insandır.

Onun şeirlərinin mövzu dairəsi rəngarəng və genişdir: Vətən, torpaq sevgisi, ana məhəbbəti, böyüyə hörmət, alın yazısı, ləyaqət və dəyanət və s.
Bayram Yusifovun bəzi şeirlərinə mahnılar da bəstələnmişdir ki, onlardan tanınmış müğənni Yaqub Zurufçunun ifa etdiyi "Ana" nəğməsini göstərmək olar.

Bu bəstənin sözləri Bayram Yusifovun müqəddəs varlığa həsr olunan "Qurbanam Ana" adli həzin şeirindən götürülmüşdür.

Azərbaycanın 44 günlük Vətən müharibəsində dillərdən düşməyən və bu gün də sevilən mahnılardan olan, müğənni Abbas Bağırovun ifa etdiyi "Zəfər Marşı"nın sözləri də Bayram Yusifovun müzəffər Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həsr olunan "Ali Baş Komandanım" adli şeirindən götürülmüşdür.

O, həmçinin olduqca gözə və mehriban ailə başçısıdır,dörd övlad atasıdır.

Övladlarını da, özü kimi milli -əxlaqi dəyərlərimizə xas təlim- tərbiyə edərək,onların milli ruhda,vətənə sevgi duyğusu ilə böyüdüb, boya,başa çatmasında Bayram müəllimin böyük zəhməti olmuşdur.


Bu gün min bir əməklə yetişdirdiyi bu meyvələrin bəhərini də görməkdədir(!)

Bayram müəllim haqqında çox danışıb, xoş sözlər söyləmək mümkündür.

Çünki bu onun Haqqıdır(!)

O, buna layiq insandır. Onun dövlət və xalq qarşısnadkı xidmətləri, dövlətçiliyə və milli maraqlara şəksiz sadiqliyi, yuxarıda sıralanan bir insan ömrünün zaman məsafəsinə sığmayan atılan addımların, çəkilən əməyin, görülən işlərin hələ ardının da gələcəyinə inam hissinin doğruluğunu görməyə bilmirsən(!)

Doğurdan da o, əsl vətənpərvər,xalqına, dövlətinə,onun maraqlarına sadiq vətəndaş,həm də milli- mənəvi dəyərlərin yorulmaz təbliğatçısı,zəngin əxlaqi dünyagörüşü olan xadim, əsl insan, sadə,səmimi,səxavətli,ürfan və mərifət sahibi, Əsl Ziyalı şəxsdir.


Biz həmçinin Forpost.az sayrı olaraq,dəyərli və hörmətli ağsaqqal insanlarımızdan Bayram müəllimə bundan sonra da işgüzar. sahibkarlığ, həmçinin icrimai, yaradıcılğ fəaliyyətində, dövlət və dövlətçilik işlərində, milli maraqlarımızın qorunması və təəssübkeşliyi isiqamətində, xalqa olan sevgisi, xalqın da ona sonsuz sevgisi yolunda, bol naliyyətlər, can sağlığı, fədakarlığ, dəmir iradə, polad ürək sahibi olmasını arzulayırığ(!)


Sonda onu demək yerinə düşəndir ki, Allah Sevdiyi Bəndələrinə daha çox Öz Haqqını Əta Edəndir(!)

Bayram müəllim həmçinin, Allahın Sevib Seçdiyi,Qüdrətindən Xəlq Etdiyi həmin Yaradılmışlardandır(!)

Haqqına Salam olsun Dəyərli İnsan,Səsin Haqdan Gəlsin, Böyük, İşıqlı Adam (!)

Oxunub: 54



XƏBƏR LENTİ