XEBERNUR.info
 Valyuta məzənnəsi

"Sən nə əxlaqdan danışırsan?" - Səidədən Şəbnəmə

Oxunub: 88 Tarix:5-07-2022, 06:43

"Sən nə əxlaqdan danışırsan?" - Səidədən Şəbnəmə"Bu mövzu haqqında danışmaq istəmirdim, amma lazımdır. Hər şeyin cavabını yerində vermək lazımdır. Vaxtında cavablandırmalıydım ki, kimsə çıxıb ağzına gələni deməsin".

AMİA.AZ xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan bir müddət əvvəl dediyi qalmaqallı sözləri tənqid edənlərə cavab verib.
İfaçı Şəbnəm Tovuzlunun "Əgər mədəniyyət, əxlaq, insanlıq geyimi ilə efirə çıxıb bəzi hərəkətlərlə ölçülürsə, onda əxlaqlı, gözəl geyimlə çıxıb insanlara örnək olan xanımam. İfam da, tərzim də, xanımlığım da yerindədir" sözlərinə cavab verib:
"Bu yaxınlarda verilişə çıxdım, fikrimi bildirdim ki, Azərbaycan musiqisi o deyil. "Nanay" oxuyanlar musiqimizi pis günə qoyublar, mədəniyyətindən çıxıb. Ad da çəkmədim... Sağ olsunlar, bilənlər bildi kimdir. Əsas odur özlərini tanıyırlar. Səhəri gördüm həmin verilişə müğənni gəlib ("Tarixin bir günü" verilişində müğənni Şəbnəm Tovuzlunu nəzərdə tutur - red.), sual verdilər, o da normal danışdı. Təhqir etdim, tənqid yox. Mahnı qaldı qıraqda, başlayıb əxlaqlıyam, əxlaqı nümayiş etdirirəm. Sən nə əxlaqdan danışırsan, söhbət mahnıdan gedir. Əxlaqın nə aidiyatı var? Guya mənə demir, amma çörəyi qulağıma yemirəm. Dedim, cavabını verməyim, vaxt gələr cavabını üz-üzə verib, başa salaram. Mahnıdan danış, kimə lazımdı sənin əxlaqın? Bununla nə xal qazanırsınız?

Baxıram indi də günortadan sonra arvad olmuş qız mənə deyir: əxlaqsız, narkoman. Bildim ki, cavabını verməmişəm, ayağı yer alıb. Siz kimsiniz ki, mənə əxlaqdan dərs deyirsiniz? Əxlaqlı anaların, bacıların üzündən iraq: əxlaqdan danışamq üçün çox az adamıq. Sizin əxlaqınızın vərəqi tərtəmiz olsa, deyərəm, məni bağışlayın. Sizin vərəqinizin arxasında da, qabağında da cızıq var. Siz nə xal qazanmağa işləyirsiniz? Hansı əxlaqdan danışırsınız? Subay qızam, kiminsə ərini əlindən almamışam, kiminsə ərindən uşaq dünyaya gətirməmişəm, hansısa gəlini gözüyaşlı qoymamışam, Bu gün Şəmkir kişilərinin hesabına müğənni olmamışam. Günortadan sonra arvad olmuş qız, evində ərin yoxdur? Ərinə hörmət etmirsən. Sənlə dostluğumuz olub, çörək kəsmişik? Bir ərinə qayınana, qayınatana hörmət et. Ərinə deyirəm, arvadından soruş, əxlaqsızlıq edəndə bəlkə aparmışam, pul verməmişəm, bəlkə bir işim olub? Çıxıb nə ağzınıza gələni danışırsınız. Mənə əxlaq dərsi verməkdə ən sonuncusunuz".

Qaçqınçılığa gələndə isə... yaşanmış tarixi unutduracaqsan? Təhqir etmişəm? Bu nə kompleksdi düşmüsünüz? Sizin kimi ərə getməyə qalsa yüz dəfə gedərdim. Özünə hörmət elə".Axşam.az

Oxunub: 88



XƏBƏR LENTİ
Polis rəisi Mafiya dəstəsinin cinayətlərinə nədən göz yumur?-Cənab nazir, Masallı təcili nəzarətə götrülməlidir,sakinlərin təhlükəsizliyi təhlükə altındadır!
Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunda keçirildi
Sənan Əhmədova şəhid ailəsi statusu verilməsi barədə ARAYIŞLA bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Tibb xidməti polkovniki: “Yaralıya dedik, ayaq üstə dura bilmirsən, dedi, sürünərək gedərəm” - MÜSAHİBƏ + FOTO
Hər bir azərbaycanlı fəxr edir ki,bu torpağın övladıdır.
Pensiyalarla bağlı nələr dəyişəcək - Detallar AÇIQLANDI
DİN-dən Bakıda küçədə gecələyən iki uşaqla bağlı AÇIQLAMA.
Hikmət Hacıyevin Qriqoryanla görüşündə "Xarıbülbül" diqqət çəkdi
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi 28.09.2022
Goranboy Mədəniyyət Mərkəzində Üç Rəngli Bayrağımız Ayaq Altına Sərildi – FOTOFAKT
Sumqayıtda şəhidlərimiz anıldı – FOTO
Laçınlılar 27 Sentyabr - Anım Gününü mütəşəkkilliklə yad etdilər
Şəhidlərin tələbə övladlarına 2 min manat verildi - FOTOLAR
Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 4-cü məhəllə ərazisində keçirib
“Prezident İlham Əliyev daim xalqın iradəsini və ölkəsinin maraqlarını uca tutur.”
100 yeni təcili tibbi yardım avtomobili alınacaq
“Anım Günü” ilə bağlı silsilə tədbirlər keçiriləcək
27 Sentyabr Anım Günüdür