XEBERNUR.info
 Valyuta məzənnəsi

Fərqanə Qasımovadan “Xalq artistinin qızına bax” deyən Əli Mirəliyevə cavab - AÇIQLAMA

Oxunub: 53 Tarix:9-06-2022, 18:18

Fərqanə Qasımovadan “Xalq artistinin qızına bax” deyən Əli Mirəliyevə cavab - AÇIQLAMAXalq artisti Alim Qasımovun qızı xanəndə Fərqanə Qasımovadan müğənni Əli Mirəliyevə cavab gecikməyib.

Xebernur.info xəbər verir ki, oxu.az-a açıqlama verən Fərqanə Qasımova Əli Mirəliyevin “o boyda Xalq artistinin qızına bax. Atası dərviş kimi, qızı isə hind üslubunda oxuyur” fikirlərinə münasibət bildirib:

“Alim Qasımov heç kimə heç zaman cavab verməyib, sənəti ilə hər kəsi susdurub. Mən də onun övladı-qızıyam, o cür bir sənətkar ailəsində yetişmiş xanəndəyəm. Ona görə mən də o cür insanlara cavab vermirəm. Xalqın gözü tərəzidir. Söhbət “Durnalar” ifasından gedirsə mən o ifa ilə çox sevilmişəm. Bir sənətçi mahnını ifa edəndə özünün yanaşması olmalıdır. Əgər belədirsə, deməli bu əsər yaşayır və yaşayacaq. Sənət varsa, sənətdə mütləq hərəkət, enerji, baxış tərzi, zəmanəyə görə dəyişiklik var”, - deyə Qasımova açıqlamasında bildirib.

Qeyd edək ki, müğənni Əli Mirəliyev Cebhe.info-ya açıqlamasında “Ötən dəfə Fəqanə Qasımova sözlərini Molla Pənah Vaqifin yazdığı, Cahangir Cahangirovun bəstələdiyi “Durnalar” əsərini hind üslubunda oxuyurdu. Hətta Hindistandan gələnlər Azərbaycan musiqisi ilə göbək atırdılar. Bu qədər özbaşınalıq olmaz. Yeni mahnı olsa, deyərdim cəhənnəm, amma Cahangir Cahangirovun mahnısını hind üslubunda oxumağa sənə kim ixtiyar verib? Belə olmaz. Ona görə də musiqimiz bu gündədir”,- deyə bildirmişdi.

Oxunub: 53



XƏBƏR LENTİ
İlqar Atabəylinin hüquqları pozulur – Həbs edilən jurnalistlə bağlı aksiya keçiriləcək
Vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi - bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi
İmzalanmış siyasi Bəyannamə mahiyyət etibarilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır.
SON DƏQİQƏ! Gənclər və İdman İdarəsinin rəisi SAXLANILDI
Zaur Kamal müğənnini efirdən qovdu - "Kişilikdən deyil..." FOTO
Şəhid anasını bu vədlə aldadıb 11 min manat ALIB - FOTOFAKT
"Külək" MMC məhkəməyə verildi - Yasamal Rayon İcra hakimiyyətinin adı hallanır
İlham Əliyev Aşqabadda Putinlə görüşdü
Quruculuq mərkəzinə çevrilən Qarabağ
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi
Ombudsmanın maaşının artırılmasına QƏRAR VERİLDİ
Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir.
İlham Əliyev bu gün Aşqabada gedir
Kəlbəcər belə qurulacaq - VİDEO
Bakıda məktəb YANIR
Şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədilir - Azərbaycan məktəbində biabırçılıq - VİDEO
Təhsil naziri: "Bəzi müəllimlərin direktor olmasını istəmirik"
İlham Əliyevdən Alla Vəzirova ilə bağlı SƏRƏNCAM
Hacı Mazan yenidən qalmaqal yaratdı - Məhkəməyə verilir - FOTO