XEBERNUR.info
 Valyuta məzənnəsi

Müğənni qızla oteldə çəkdiyi videonu "tiktok"da paylaşdı, şantaj etdi - Azərbaycanda film kimi olay

Oxunub: 63 Tarix:8-06-2022, 23:17

Müğənni qızla oteldə çəkdiyi videonu "tiktok"da paylaşdı, şantaj etdi - Azərbaycanda film kimi olayGənc müğənni Amid Sədanın sevgilisini şantaj etdiyinə görə həbs edilməsi ilə bağlı bəzi faktlar üzə çıxıb.

Xebernur.info xəbər verir ki , müğənninin çılpaq görüntülərlə hədə-qorxu gəldiyi gənc qız onun duet ortağı olub. Araşdırmalar zamanı məlum olub ki, Lalə Əlizadə (ad və soyad şərtidir) Amidlə birlikdə bir neçə mahnı ifa edib və klip çəkdirib. Amid onunla evlənəcəyini bildirərək müxtəlif yerlərdə görüşüb. Həmçinin "Rent a Car”dan avtomobil icarəyə götürərək Laləni Ağcabədiyə aparıb və orada qohumları ilə tanış edib. Lakin sonradan cütlüyün münasibəti pozulub və Amid Səda müğənni həmkarını intim görüntülərini yayacağı ilə hədələyərək ondan pul tələb etməyə başlayıb.

Lalə Ağazadə bildirib ki, Amid onun oteldə çəkilmiş bəzi görüntülərini "TikTok”da paylaşıb və bundan sonra rüsvay olmamaq üçün onunla görüşərək pul verməyə razı olub.

Qeyd edək ki, keçmiş sevgilisinə hədə-qorxu gələrək ondan 1500 manat pul və 700 manat dəyərində mobil telefonunu aldığına görə Amid Səda barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş açılıb.

Abşeron Rayon Polis İdarəsində açılmış cinayət işinin materialları rayon məhkəməsinə göndərilib. Məhkəmənin 3 iyun 2022-ci il tarixli hökmü ilə Amid Sədaya 3 il müddətinə həbs cəzası verilib.

Qeyd edək ki, Amid Səda gənc müğənni kimi populyarlıq qazanıb, onun yutub platformasında yerləşdirdiyi mahnı və kliplərinə yüz minlərlə baxış gəlib.Qafqazinfo

Oxunub: 63



XƏBƏR LENTİ
İlqar Atabəylinin hüquqları pozulur – Həbs edilən jurnalistlə bağlı aksiya keçiriləcək
Vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi - bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi
İmzalanmış siyasi Bəyannamə mahiyyət etibarilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır.
SON DƏQİQƏ! Gənclər və İdman İdarəsinin rəisi SAXLANILDI
Zaur Kamal müğənnini efirdən qovdu - "Kişilikdən deyil..." FOTO
Şəhid anasını bu vədlə aldadıb 11 min manat ALIB - FOTOFAKT
"Külək" MMC məhkəməyə verildi - Yasamal Rayon İcra hakimiyyətinin adı hallanır
İlham Əliyev Aşqabadda Putinlə görüşdü
Quruculuq mərkəzinə çevrilən Qarabağ
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi
Ombudsmanın maaşının artırılmasına QƏRAR VERİLDİ
Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir.
İlham Əliyev bu gün Aşqabada gedir
Kəlbəcər belə qurulacaq - VİDEO
Bakıda məktəb YANIR
Şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədilir - Azərbaycan məktəbində biabırçılıq - VİDEO
Təhsil naziri: "Bəzi müəllimlərin direktor olmasını istəmirik"
İlham Əliyevdən Alla Vəzirova ilə bağlı SƏRƏNCAM
Hacı Mazan yenidən qalmaqal yaratdı - Məhkəməyə verilir - FOTO