XEBERNUR.info
 Valyuta məzənnəsi

Samux rayon Təhsil Şöbəsinin müdiri Prezidentin tapşırığını kobud şəkildə pozur

Oxunub: 37 Tarix:22-06-2022, 20:55

Samux rayon Təhsil Şöbəsinin müdiri Prezidentin tapşırığını kobud şəkildə pozurSamux rayon Təhsil Şöbəsinin müdiri Prezidentin tapşırığını kobud şəkildə pozur.

Replika.TV xəbər verir ki , Samux rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənova kobud şəkildə qanunları pozur. Beləki, Prezident İlham Əliyev tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “MARAFON” işaxtarma vasitəsi ilə Qarabağ qaziləri, Şəhid ailələrinin işlə təmin olunması haqda göstəriş verilib.

Lakin Nurlana Həsənova ölkə başçısının tapşırığını kobud şəkildə pozaraq, digər şəxsləri “Marafon” vasitəsilə deyil, dolayı yolla Təhsil şöbəsinə tabe olan məktəblərdə işlə təmin edir. Bu da qanun pozuntusudur. Çünki Qarabağ qaziləri, Şəhid ailələrinin üzvlərinin ilk öncə işlə təmin olunması haqqında prezidentin göstərişi vardır. Amma bu göstəriş Samux rayonunda icra olunmur Digər məlumata görə isə, Gəncə Şəhər 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Samux rayonu üzrə baş mühasibi və Samux Təhsil Şöbəsinin müdiri Nurlana Həsənova, Azərbaycan “Qızıl Aypara” Cəmiyyətinin Samux rayon bölməsinin rəhbəri ilə birlikdə, Samux İdarəsinə məxsusu olan məktəblərdə əsassız yerə müəllimlərin maaşından pul tuturlar.

Adı çəkilən şəxslərin əlbir olaraq, Samux rayon Təhsil İdarəsinə məxsus məktəblərdən, məzuniyyət vaxtı müəllimlərin maaşından 2 % faiz, digər vaxtlarda isə hər ay 1 % faiz pul tutlmaları haqqında əsaslı faktlarımız mövcuddur.

Yazıda adı çəkilən şəxslərin məktəblərdən müəllimlərin ərizəsi olmadan, rəsmləşmədən, onların əmək haqqından məzuniyyət vaxtı pul tutmasının əsası odur ki, məzuniyyət vaxtı pulun məbləği yüksək olduğundan, müəllimlərim narazılığına səbəb olmasın və belə pulların mənimsənilməsinə asanlıqla nail olsunlar. Bu, vəziyyət hal-hazırda da davam edir.

Qanunsuz pul tutulmaları artıq bir neçə ildir davam edir, aidiyyəti orqanlar araşdırma aparsa, o zaman cinayət yolu ilə əldə edilmiş pul külli miqdarda vəsaitlərinin mənimsəməsi faktı təsdiqini tapar.

Qeyd edək ki, Samux rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənova haqqında uzun müddətdir sosial şəbəkədə şikayətlər səngimək bilmir. Dəfələrlə aidiyyatı orqanlara şikayət olunsa da heç bir tədbir görülməyib.

Şikayətçilər Təhsil Nazirliyindən, Maliyyə Nazirliyindən, Hesablama Palatası və Baş Prokurorluqdan məsələ ilə bağlı əsaslı ataşdırma aparılmasını xahiş edir.

Oxunub: 37



XƏBƏR LENTİ
İlqar Atabəylinin hüquqları pozulur – Həbs edilən jurnalistlə bağlı aksiya keçiriləcək
Vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi - bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi
İmzalanmış siyasi Bəyannamə mahiyyət etibarilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır.
SON DƏQİQƏ! Gənclər və İdman İdarəsinin rəisi SAXLANILDI
Zaur Kamal müğənnini efirdən qovdu - "Kişilikdən deyil..." FOTO
Şəhid anasını bu vədlə aldadıb 11 min manat ALIB - FOTOFAKT
"Külək" MMC məhkəməyə verildi - Yasamal Rayon İcra hakimiyyətinin adı hallanır
İlham Əliyev Aşqabadda Putinlə görüşdü
Quruculuq mərkəzinə çevrilən Qarabağ
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi
Ombudsmanın maaşının artırılmasına QƏRAR VERİLDİ
Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir.
İlham Əliyev bu gün Aşqabada gedir
Kəlbəcər belə qurulacaq - VİDEO
Bakıda məktəb YANIR
Şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədilir - Azərbaycan məktəbində biabırçılıq - VİDEO
Təhsil naziri: "Bəzi müəllimlərin direktor olmasını istəmirik"
İlham Əliyevdən Alla Vəzirova ilə bağlı SƏRƏNCAM
Hacı Mazan yenidən qalmaqal yaratdı - Məhkəməyə verilir - FOTO