Bakıda şöbədə arvadını güllələyərək öldürən sabiq polisdən XƏBƏR VAR
Bakıda şöbədə arvadını güllələyərək öldürən sabiq polisdən XƏBƏR VARBakı Apellyasiya Məhkəməsində Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşı İsmayıl Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
BiG.AZ "pravda.az"a istinadən xəbər verir ki, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası iyulun 25-nə təyin edilib.
Xatırlatma: İ.Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 18 il müddətinə azadlıqdan məhrum edilib.