XEBERNUR.info
 Valyuta məzənnəsi

Tikinti dələduzları iş başında: Yenə bir evi 5-6 nəfərə satırlar

Oxunub: 82 Tarix:20-08-2021, 15:56

Tikinti dələduzları iş başında: Yenə bir evi 5-6 nəfərə satırlarBəzi tikinti şirkətləri daha çox gəlir əldə etmək üçün vətəndaşları aldatmaqla məşğuldur. Dəfələrlə belə qanunsuz halların aşkarlanmasına, vəzifələri şəxslərin cəzalandırılmasına baxmayaraq, bu gün də dələduzluq edərək vətəndaşın cibinə girən tikinti şirkətləri var. Təəssüf ki, onların sayı az deyil.



Müxtəlif vədlərlə insanların pulunu məsimsəyən şirkətlərin qarşısını necə almaq olar? Vətəndaşlar ev alarkən nəyə diqqət etməlidirlər?



Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov açıqlamasında bildirib ki, bir çox tikinti şirkətləri bir evi 5-6 nəfərə sataraq cinayətə əl atır. Onun sözlərinə görə, son vaxtlar bu kimi hallara daha çox rast gəlinir.



Ekspert hesab edir ki, əmlak bazarındakı özbaşınalığın aradan qaldırmaq üçün qanunlardakı boşluqları düzəltmək lazımdır. Əks halda görülən tədbirlər heç bir nəticə verməyəcək.



“Mülki və mənzil məcəlləsində dəyişiklik edilməlidir ki, dələduzluq hallarına yol verilməsin. Tikinti şirkətləri qanunda olan boşluqlara görə özlərini məsuliyyətdən kənar hiss edir və neqativ addımlar atır. Mən hesab edirəm ki, xoşagəlməz hadisələri minimuma endirmək üçün Mənzil məcəlləsi ilə Mülki məcəlləyə mütləq dəyişiklik edilməlidir. Orada kooperativ və MMC-in inşa etdikləri binlarda satışların nə zaman və hansı mərhələdə həyata keçirilə biləcəyi qeyd olunmalıdır. Bu halda heç bir dələduzluq hadisəsi baş verməyəcək”.Tikinti dələduzları iş başında: Yenə bir evi 5-6 nəfərə satırlarEkspert aldadılan vətəndaşlardan bir çox şikayətlər aldığını sözünə əlavə edib:



“Bina tikilməyə başlayan vaxtdan satışa qoyurlar və sona çatanda mailiyyə olmadığı üçün bir binanı 5-6 nəfərə satırlar. Belə hallarla çox qarşılaşırıq. Tikinti şirkətlərinin dələduzluğu ilə bağlı çox müraciətlər olur. Bu müraciətlər məhkəməyə göndərilir və lazımi prosedur aparılır”.



Fidan İlqar

Oxunub: 82



XƏBƏR LENTİ