XEBERNUR.info
 Valyuta məzənnəsi

Xəbərlər Azərbaycan NATO standartlarına uygun, modernləşmiş güclü orduya malikdir

Oxunub: 51 Tarix:23-06-2022, 13:05

Xəbərlər Azərbaycan NATO standartlarına uygun, modernləşmiş güclü orduya malikdir

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

1918-ci il iyunun 26-da Azərbaycan Milli Ordusunun sələfi olan Əlahiddə Azərbaycan Korpusu yaradılmışdır. Dövrün tələblərinə uyğun olaraq peşəkarlıq, yüksək intizam və döyüş qabiliyyəti nümayiş etdirən bu ordu hissəsi xarici təcavüzün dəf edilməsi, ölkə sərhədlərinin qorunması üçün var qüvvəsi ilə mübarizə aparmışdır. Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Ulu öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesinə start verildi. Heydər Əliyev 1971-ci ildə böyük zəhmət bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bu məktəbin fəaliyyəti nəticəsində Azərbaycanda hərb sənətinə maraq gücləndi, azərbaycanlı zabit kadrların hazırlanmasına başlandı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Məhz bundan sonra azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə qəbul olunmasına başlandı. Ötən əsrin 90-cı illərində, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın Ümummilli lideri Heydər Əliyevin uzaqgörən və müdrik rəhbərliyi altında yeni, müasir dövrün tələblərinə cavab verən ordu quruculuğu prosesi start götürdü. Bu, erməni təcavüzkarlığının qarşısını almaq, işğal olunmuş torpaqları azad etmək üçün atılan ən mühüm tədbirlərdən biri idi. Ulu öndərin Azərbaycanın sosial-siyasi və iqtisadi yüksəlişinə təkan verən taleyüklü qərarları yüksək hazırlıqlı nizami ordunun formalaşması, onun müasir maddi-texniki baza, peşəkar heyət ilə təmin olunması üçün əlverişli şərait yaratdı. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzaladı. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilərdi. Ötən əsrin 90-cı illərinin ortalarından etibarən Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğun formalaşdırılmasına gətirib çıxardı. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi. Ölkəmizin hərbi qüdrətini artıran və yeni-yeni qələbələrə doğru aparan Heydər Əliyev kursu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən qətiyyətlə davam etdirilir. Son illərdə ordumuzun daha da möhkəmlənməsi və ən yeni texnika ilə təchiz olunması, müasir hərb sənətinin bütün incəliklərinə yiyələnmiş peşəkarların yetişdirilməsi üçün bir sıra mühüm addımlar atılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin taktiki hazırlığı və döyüş qabiliyyəti gündən-günə təkmilləşir. Tarix boyu üzləşdiyi ağır sınaqlardan daim alnıaçıq, üzüağ çıxmış Azərbaycan ordusu artıq ikinci ildir ki, Silahlı Qüvvələr Gününü böyük təntənə ilə qeyd edir. Rəşadətli ordumuz Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının müdrik və qətiyyətli rəhbərliyi altında üzərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirdi, müqəddəs Vətən torpaqlarını azğın düşməndən birdəfəlik azad etdi, Azərbaycanın üçrəngli bayrağını doğma Qarabağda, şanlı tariximizin canlı şahidi olan əyilməz Şuşa qalası üzərində göylərə yüksəltdi. Azərbaycanın igid övladları Vətən torpağının hər qarışı üçün canlarından keçməyə hazır olduqlarını bir daha bütün dünyaya sübut etdilər və Böyük Qələbə ilə başa vurduqları 44 günlük Vətən müharibəsi ilə ölkəmizin qəhrəmanlıq salnaməsinə qızıl səhifələr yazdılar. Mənfur düşmən diz çökdürüldü. Bu Böyük Zəfər xalqımızın sarsılmaz birliyinin, Prezidentinə, qüdrətli və Müzəffər Ali Baş Komandanına bəslədiyi sonsuz inam və etimadın qələbəsidir. Bu zəfər ölkəmizin siyasi, iqtisadi və mədəni inkişaf yolunda qazandığı misilsiz nailiyyətlərin labüd nəticəsidir. Azərbaycanın rəşadətli Silahlı Qüvvələri bu gün ən yeni döyüş texnologiyalarına yiyələnmiş, maddi-texniki cəhətdən ən yüksək səviyyədə təchiz edilmiş, hərb sənətinin incəliklərinə yaxından bələd olan peşəkar zabit kadrlarına, mükəmməl taktiki hazırlığa və döyüş qabiliyyətinə malik müasir bir ordu, dövlətimizin suverenliyinin, xalqımızın əmin-amanlığının etibarlı təminatçısıdır. Xüsusi ilə qeyd etmək lazımdır ki, II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Dünyanın ən güclü ordusuna malik ABŞ-ın Hərbi Akademiyası və Pentaqon rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməli olduğunu vurğulayırlar.
Oxunub: 51



XƏBƏR LENTİ
İlqar Atabəylinin hüquqları pozulur – Həbs edilən jurnalistlə bağlı aksiya keçiriləcək
Vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi - bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi
İmzalanmış siyasi Bəyannamə mahiyyət etibarilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır.
SON DƏQİQƏ! Gənclər və İdman İdarəsinin rəisi SAXLANILDI
Zaur Kamal müğənnini efirdən qovdu - "Kişilikdən deyil..." FOTO
Şəhid anasını bu vədlə aldadıb 11 min manat ALIB - FOTOFAKT
"Külək" MMC məhkəməyə verildi - Yasamal Rayon İcra hakimiyyətinin adı hallanır
İlham Əliyev Aşqabadda Putinlə görüşdü
Quruculuq mərkəzinə çevrilən Qarabağ
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi
Ombudsmanın maaşının artırılmasına QƏRAR VERİLDİ
Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir.
İlham Əliyev bu gün Aşqabada gedir
Kəlbəcər belə qurulacaq - VİDEO
Bakıda məktəb YANIR
Şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədilir - Azərbaycan məktəbində biabırçılıq - VİDEO
Təhsil naziri: "Bəzi müəllimlərin direktor olmasını istəmirik"
İlham Əliyevdən Alla Vəzirova ilə bağlı SƏRƏNCAM
Hacı Mazan yenidən qalmaqal yaratdı - Məhkəməyə verilir - FOTO