XEBERNUR.info
 Valyuta məzənnəsi

AZƏRBAYCAN XALQININ OTUZ ILLIK HƏSRƏTININ TAM BƏRPASI - ALI BAŞ KOMANDAN VƏ XALQ-IQTIDAR BIRLIYI

Oxunub: 264 Tarix:21-06-2021, 15:59

AZƏRBAYCAN XALQININ OTUZ ILLIK HƏSRƏTININ TAM BƏRPASI - ALI BAŞ KOMANDAN VƏ XALQ-IQTIDAR BIRLIYIAzərbaycan xalqının otuz illik həsrətinin tam bərpası - Ali Baş Komandan və xalq-iqtidar birliyi
Azərbaycana Qələbə qazandıran xalq-ordu birliyi. Qarabağda Zəfər qazanmaq üçün tək yumruq, tək ürək olan, milli birlik və bərabərlik hisslərini ən yüksək səviyyədə nümayiş etdirən Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Gözlərini qırpmadan Vətən üçün, Qarabağ üçün, Qarabağın azadlığı üçün qəhrəmancasına mübarizə aparan Azərbaycan Silahlı Qüvvələri böyük tarix yazmış oldu.
Azərbaycan xalqının otuz illik həsrəti tam şəkildə 44 günlük müharibə ərəfəsində bitdi. 44 gün ərzində təkcə ordumuz yox, Azərbaycan xalqı da öz hünərini göstərdi. Bu qətiyyəti görən ordumuz tam şəkildə, çəkinmədən sinələrini önə siper etdilər.
Media nümayəndləri belə 44 gün ərzində döyüş məntəqəsində oldular. Qeyd edim ki, Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldiyi gündən etibarən Azərbaycan ərazi bütövlüyünü qorumaq və onun inkişafı üçün əlindən gələni etdi. Ordu quruculuğu vətəndaş həmrəyliyinin olması xalqın bir araya gətirməsini qətiyyətlə bacarsa da Azərbaycan ərazi bütövlüyünü bərpa etmək ona qismət olmadı. Vurğulamaq istəyirəm ki, Ulu Öndərin vəfatından sonra onun layiqli davamçısı İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. İlham Əliyev hər çıxışında qətiyyətlə xalqın ona güvənməsini və onun rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyü tam bərpa olacağına inanırdı. Axı böyük Azərbaycan xalqı daima öz ali rəhbərinə inanırdı. Bu inancın başlıca səbəbi dağılmaqda olan Azərbaycanın bərpası üçün xalqın israrı ilə Yeni Azərbaycan Partiyasının yaradılması və daha sonra onun rəhbərinin hakimiyyətə gəlməsi öz sözünü deməsi göstərirdi. Bu Qalibiyyət Azərbaycan xalqının və onun qətiyyətli ordusunun qalibiyyəti idi. Səbəb olaraq Azərbaycan xalqı öz istədiyi lideri hakimiyyətə gətirdi, ona güvəndi və onun rəhbərliyi ilə 44 günlük müharibədə qalib olduq. Bu qalibiyyəti xalq iqtidar birliyi və bununla yanaşı olaraq xalq ordu birliyi sayəsində oldu. 1992-ci ildə bu birlik olmadığı üçün hərə özündən bir batalyon yaradaraq, hərcmərclik edərək Azərbycanın ərazi bütövlüyünü qorumaq məqsədi ilə Azərbaycan oğullarını bölürdü, lakin bu səfər bu hal yaşanmadı, xalq öz qətiyyəti ilə evində olan son pulunu belə orduya dəstək məqsədi ilə köçürmələr etdi. Yeməklər bişirildi, dərmanlar hazırlandı. Çünki Azərbaycan övladları döyüşdə idi Şuşamız, Laçınımız, Kəlbəcərimiz Zəngilanımız, Cəbrayılımız, Xocalımız, Xankəndimiz və Ağdamımız bizi gözləyirdi. Nəhayət, xalq və ordu birliyi sayəsində biz gəldik öz doğma diyarımıza. Salam vətən biz övladlarınıq səndən bizi nə qədər ayırmağa çalışsalar da, biz səni bir gün belə unutmadıq rəşadətli ordumuz və müzəffər Ali Baş Komandanın rəhbərliyi altında biz gəldik. Qarabağ bizimdir! Biz Qarabağın inkişafı üçün xalq və iqtidar birliyi olaraq əlimizdən gələni edəcəyik.
Fuad Heydər
YAP Səbail rayon təşkilatının məsləhətçisi, rayon Gənclər Birliyinin sədr müavini

Oxunub: 264



XƏBƏR LENTİ
“Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır
Ərzaq təhlükəsizliyini möhkəmləndirmək üçün kompleks tədbirlər görülür
Zabux və Laçın sakinləri ilə görüş keçirildi
15.08.2022 Azərbaycan Sahibkar Qadınlar İctimai birliyinin sədri Zenfira Ağayeva və Birliyin idarə heyətinin bir neçə üzvü Astara rayonunda Şəhidləri ziyarət etdilər
İlham Əliyev qəbul keçirdi
Laçından çıxan 14 erməni ailəsi Zəngəzura köçmək qərarı verib
Bu gün Cəbrayıl rayonu ilə keçmiş Hadrut rayonu arasındakı Daşbaşı postunda həlak olan 23 şəhidin anım günüdür.
Azərbaycan XİN-dən Pakistana TƏBRİK
Vətən müharibəsi qazisi yol qəzasında vəfat etdi
Laçın şəhərinə, Zabux və Susa qayıdış başlanacaq Video
Rusca danışdığı üçün döyüldüyünü iddia edən gənclə bağlı - DİN-dən AÇIQLAMA - YENİLƏNİB
Xocalı qatili olan erməni general ÖLDÜ
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu 2022-ci il 12 avqust tarixdə Bərdə rayonu ərazisindəki 866 ailəlik məcburi köçkünlər qəsəbəsində keçirilmişdir.
Ermənistanlı deputatlar Qarabağdadır - Haylar Laçında təxribata çalışırlar
Bu gün Milli Qəhraman Sərdar Mədət oğlu Səfərovun doğum günüdür.
YAP-ın İdarə Heyəti toplandı
Bu il tələblər fərqlidir - III qrupla bağlı VACİB MƏLUMAT
Laçından yan keçən yolun tikintisi yekunlaşdı
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi 10.08.2022