XEBERNUR.info
 Valyuta məzənnəsi

Deputatlar bu gün 22 məsələnin müzakirəsinə toplaşırlar

Oxunub: 231 Tarix:23-02-2021, 12:03

Deputatlar bu gün 22 məsələnin müzakirəsinə toplaşırlar



Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

XƏBƏRNUR Trend-ə istinadən bildirir ki, iclasda 22 məsələ müzakirə ediləcək. Bu məsələlər aşağıdakılardır.

1. N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında.

2. "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

3. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya qanununun layihəsi haqqında (üçüncü oxunuş).

4. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

5. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

6. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları"nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

7. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları"nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

8. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

10. "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

11. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

12. "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

13. "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

14. "Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.

15. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

17. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

18. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

19. "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Su təchizatı və tullantı suları haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

20. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

21. Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
Oxunub: 231



XƏBƏR LENTİ
Ərzaq təhlükəsizliyini möhkəmləndirmək üçün kompleks tədbirlər görülür
Zabux və Laçın sakinləri ilə görüş keçirildi
15.08.2022 Azərbaycan Sahibkar Qadınlar İctimai birliyinin sədri Zenfira Ağayeva və Birliyin idarə heyətinin bir neçə üzvü Astara rayonunda Şəhidləri ziyarət etdilər
İlham Əliyev qəbul keçirdi
Laçından çıxan 14 erməni ailəsi Zəngəzura köçmək qərarı verib
Bu gün Cəbrayıl rayonu ilə keçmiş Hadrut rayonu arasındakı Daşbaşı postunda həlak olan 23 şəhidin anım günüdür.
Azərbaycan XİN-dən Pakistana TƏBRİK
Vətən müharibəsi qazisi yol qəzasında vəfat etdi
Laçın şəhərinə, Zabux və Susa qayıdış başlanacaq Video
Rusca danışdığı üçün döyüldüyünü iddia edən gənclə bağlı - DİN-dən AÇIQLAMA - YENİLƏNİB
Xocalı qatili olan erməni general ÖLDÜ
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu 2022-ci il 12 avqust tarixdə Bərdə rayonu ərazisindəki 866 ailəlik məcburi köçkünlər qəsəbəsində keçirilmişdir.
Ermənistanlı deputatlar Qarabağdadır - Haylar Laçında təxribata çalışırlar
Bu gün Milli Qəhraman Sərdar Mədət oğlu Səfərovun doğum günüdür.
YAP-ın İdarə Heyəti toplandı
Bu il tələblər fərqlidir - III qrupla bağlı VACİB MƏLUMAT
Laçından yan keçən yolun tikintisi yekunlaşdı
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi 10.08.2022
Təcridxanadakı qardaşına narkotik keçirərkən saxlanıldı