XEBERNUR.info
 Valyuta məzənnəsi

VIII Muğam televiziya müsabiqəsinin növbəti turu Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində keçirilmişdir.

Oxunub: 83 Tarix:22-06-2022, 20:36

VIII Muğam televiziya müsabiqəsinin növbəti turu Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində  keçirilmişdir.
İyun ayının 21-də Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyinin və Azərbaycan televiziyasının təşkilatçılığı ilə VIII Muğam televiziya müsabiqəsinin növbəti turu Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində keçirilmişdir.
Müsabiqədə Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Hüquq Mühafizə orqanlarının rəhbərləri, eyni zamanda Laçın rayonundan dəvət edilmiş qonaqlar, Şəhid ailələri və qazilər, Vətən müharibəsinin veteranları, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikasının xalq artistləri Səkinə İsmayılova, Sərdar Fərəcov, Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Teyyub Aslan, Respublikanın əməkdar artisti Fərqanə Qasımova və Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmidən ibarət münsiflər heyəti gənc ifaçılar- Həzrət Əzizli, Tahir Şəkiyev, Nərgiz Cabbarova, Daşqın Kürçaylı, Vüsal Qasımov, Ülkər Abdullayev və Fuad Əlizadənin ifa etdikləri muğam və təsnifləri dinləyərək ifaçıların çıxışlarını müvafiq ballarla qiymətləndirmişlər.
Bütövlükdə Ağcabədidə keçirilən Muğam müsabiqəsi ruh yüksəkliyi ilə qarşılanıb, tamaşaçılara xoş ovqat bəxş edib.
Muğam müsabiqəsinin növbəti turu Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam rayonunda keçiriləcəkdir.
VIII Muğam televiziya müsabiqəsinin növbəti turu Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində  keçirilmişdir.
VIII Muğam televiziya müsabiqəsinin növbəti turu Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində  keçirilmişdir.
Oxunub: 83



XƏBƏR LENTİ
İlqar Atabəylinin hüquqları pozulur – Həbs edilən jurnalistlə bağlı aksiya keçiriləcək
Vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi - bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi
İmzalanmış siyasi Bəyannamə mahiyyət etibarilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır.
SON DƏQİQƏ! Gənclər və İdman İdarəsinin rəisi SAXLANILDI
Zaur Kamal müğənnini efirdən qovdu - "Kişilikdən deyil..." FOTO
Şəhid anasını bu vədlə aldadıb 11 min manat ALIB - FOTOFAKT
"Külək" MMC məhkəməyə verildi - Yasamal Rayon İcra hakimiyyətinin adı hallanır
İlham Əliyev Aşqabadda Putinlə görüşdü
Quruculuq mərkəzinə çevrilən Qarabağ
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi
Ombudsmanın maaşının artırılmasına QƏRAR VERİLDİ
Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir.
İlham Əliyev bu gün Aşqabada gedir
Kəlbəcər belə qurulacaq - VİDEO
Bakıda məktəb YANIR
Şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədilir - Azərbaycan məktəbində biabırçılıq - VİDEO
Təhsil naziri: "Bəzi müəllimlərin direktor olmasını istəmirik"
İlham Əliyevdən Alla Vəzirova ilə bağlı SƏRƏNCAM
Hacı Mazan yenidən qalmaqal yaratdı - Məhkəməyə verilir - FOTO