XEBERNUR.info
 Valyuta məzənnəsi

“Qatil kuklalar” ! - Uşağı intihara sövq edir - Qorxunc hekayə!

Oxunub: 258 Tarix:27-03-2021, 14:31

Bizim təhlükəsiz hesab etdiyimiz kuklalar çox təhlüləli ola bilərmiş. Bu heç də boş fikir deyil. Xalq arasında ta qədimdən “qatil kuklalar” haqqında hekayələr dolaşıb, onlar mistik təssəvürün atributu sayılıb.

“Qatil kuklalar”  ! - Uşağı intihara sövq edir - Qorxunc hekayə!



XƏBƏRNUR xarici mətbuata istinadən xəbər verir ki, XX əsrin əvvələrində ABŞ-da mistik gəlinciklər düzəldilib. Mistik gəlinciklər düzəldənlər arasında Çarlz Uinkoks adlı bir nəfərin kuklaları xüsusilə seçilib. Çünki onun düzəltdiyi gəlinciklər həqiqətən qorxulu idi. Belə ki, o ölmüş uşaqların sifətlərini kuklalara köçürür və onların saçını, geyimlərindən bir parçasını bunların içinə qoyurdu.

Qan azlığından əziyyət çəkən Rozi Maknin valideynləri onu sevindirmək üçün bir gün Uinkoksun kuklalarından birini qızlarına hədiyyə edir. “Beylo-Bebi” adı verilmiş kukla çox gözəl idi. Rozi bir saniyə belə öz kuklasından ayrılmırdı. Qız öləndə oyuncağı özünə o qədər sıxmışdı ki, buna görə onu gəlinciklə bir yerdə dəfn elədilər.Heç cür təsəlli tapmayan valideynlər qızlarının ölümündə kukla müəllifini günahlandırdılar. Onlar iddia edirdilər ki, oyuncaq zəhərli olub. Ən dəhşətlisi isə o idi ki, qəbir açılan zaman kukla oradan yoxa çıxmışdı. İllər sonra “Beylo-Bebi” köhnə əşyalar satılan köşkdə peyda olur. Bu dəfə kuklanı Meri Vanessanın anası qızı üçün alır. Qəribədir ki, tezliklə ata insitutda vəfat edir, ana isə dəli olur. Bir müddət sonra Meri kuklanı bağrına basaraq özünü pəncərədən atır. 1998-ci ildə bu kuklanı Moskvadakı “İnanc, cadugərlik və dəhşətlər Muzey”ində görürlər.

Muzey işçiləri kuklanın içərisində saç tükü, qana bulaşmış parça və torpaq aşkar etmişdilər. Az keçmir, muzey də bağlanır. Hal-hazırda həmin kukla Moskva ətrafındakı bağların birində mistika həvəskarlarının evində saxlanılır.
Oxunub: 258



XƏBƏR LENTİ