XEBERNUR.info
 Valyuta məzənnəsi

Araz Supermarketlər” şəbəkəsi 2,5 milyon manat cərimələndi

Oxunub: 59 Tarix:6-05-2022, 17:43

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində “Araz Supermarketlər” şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi” reklamının yayılmasında “Araz Supermarket” MMC-nin digər market şəbəkələrinə qarşı haqsız rəqabətə yol verməsi əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edilib.

Bu barədə Dövlət Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir.
Araz Supermarketlər” şəbəkəsi 2,5 milyon manat cərimələndi
“Belə ki, “Araz supermarketlər” şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi” başlıqlı reklamda əmtəələrin qiyməti, əldəetmə və ödəniş şərtləri barədə həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb. Eyni zamanda həmin reklamda digər bazar iştirakçıları ilə əsassız qiymət müqayisəsi aparılaraq haqsız və qeyri-dəqiq reklama yol verilib. Bununla yanaşı reklam məlumatında digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və təhrif olunmuş məlumatların olduğu da aşkar edilib”, - deyə açıqlamada vurğulanır.

Qərara əsasən, “Araz Supermarket” MMC-yə fəaliyyətində haqsız və qeyri-dəqiq reklam üsullarından istifadə olunmasına yol verməməsi haqqında icrası məcburi olan göstəriş verilib və haqsız rəqabətə yol verdiyinə görə MMC-yə 2 milyon 484,6 min manat maliyyə sanksiyası tətbiq edilib.

Oxunub: 59



XƏBƏR LENTİ
İlqar Atabəylinin hüquqları pozulur – Həbs edilən jurnalistlə bağlı aksiya keçiriləcək
Vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi - bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi
İmzalanmış siyasi Bəyannamə mahiyyət etibarilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır.
SON DƏQİQƏ! Gənclər və İdman İdarəsinin rəisi SAXLANILDI
Zaur Kamal müğənnini efirdən qovdu - "Kişilikdən deyil..." FOTO
Şəhid anasını bu vədlə aldadıb 11 min manat ALIB - FOTOFAKT
"Külək" MMC məhkəməyə verildi - Yasamal Rayon İcra hakimiyyətinin adı hallanır
İlham Əliyev Aşqabadda Putinlə görüşdü
Quruculuq mərkəzinə çevrilən Qarabağ
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi
Ombudsmanın maaşının artırılmasına QƏRAR VERİLDİ
Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir.
İlham Əliyev bu gün Aşqabada gedir
Kəlbəcər belə qurulacaq - VİDEO
Bakıda məktəb YANIR
Şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədilir - Azərbaycan məktəbində biabırçılıq - VİDEO
Təhsil naziri: "Bəzi müəllimlərin direktor olmasını istəmirik"
İlham Əliyevdən Alla Vəzirova ilə bağlı SƏRƏNCAM
Hacı Mazan yenidən qalmaqal yaratdı - Məhkəməyə verilir - FOTO