XEBERNUR.info
 Valyuta məzənnəsi

Azərbaycan cüdo yığması Qran Pridə 3 medalla 3-cü yeri tutub

Oxunub: 84 Tarix:17-07-2022, 23:41

Azərbaycan cüdo yığması Qran Pridə 3 medalla 3-cü yeri tutubXorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran Pridə Azərbaycan milli komandası 3 medal qazanıb.

"Report"un məlumatına görə, yarışın sonuncu günündə Uşangi Kokauri (+100 kq) fəxri kürsüyə qalxıb.

Mübarizəyə 1/16 final mərhələsindən başlayan Kokauri əvvəlcə sloveniyalı Vito Dragiçi, daha sonra ABŞ təmsilçisi Kristian Konovalı üstələyib.

1/4 final mərhələsində o, monqolustanlı Tsetsentsengel Odxuuya uduzsa da, təsəlliverici görüşdə braziliyalı Rafael Silvanı yenməyi bacarıb. Bürünc medal görüşündə isə Gürcüstan cüdoçusu Gela Zaalişvili ilə qarşılaşma baş tutmayıb. Buna Zaalişvilinin cəza üzündən görüşə buraxılmaması səbəb olub.

Beləliklə, Azərbaycan yığması Qran Prini bir dəst medalla başa vurub. İlk iki yarış günündə Yaşar Nəcəfov (66 kq) qızıl, Səid Molayi (81 kq) gümüş medal qazanmışdı.

Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında 69 ölkə arasında 7-ci, kişilərin yarışında isə Niderland (2 qızıl, 2 bürünc) və Gürcüstandan (1 qızıl, 1 gümüş, 2 bürünc) sonra 3-cü yeri tutub.

Qeyd edək ki, bu gün tatami üzərinə çıxan azərbaycanlı digər cüdoçular Məmmədəli Mehdiyev (90 kq) 1/16 finalda serbiyalı Nemanya Maydova, Elmar Qasımov (100 kq) isə İspaniya təmsilçisi Nikoloz Şerazadişviliyə uduzaraq, mübarizəni erkən dayandırıb.

Oxunub: 84



XƏBƏR LENTİ
Polis rəisi Mafiya dəstəsinin cinayətlərinə nədən göz yumur?-Cənab nazir, Masallı təcili nəzarətə götrülməlidir,sakinlərin təhlükəsizliyi təhlükə altındadır!
Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunda keçirildi
Sənan Əhmədova şəhid ailəsi statusu verilməsi barədə ARAYIŞLA bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Tibb xidməti polkovniki: “Yaralıya dedik, ayaq üstə dura bilmirsən, dedi, sürünərək gedərəm” - MÜSAHİBƏ + FOTO
Hər bir azərbaycanlı fəxr edir ki,bu torpağın övladıdır.
Pensiyalarla bağlı nələr dəyişəcək - Detallar AÇIQLANDI
DİN-dən Bakıda küçədə gecələyən iki uşaqla bağlı AÇIQLAMA.
Hikmət Hacıyevin Qriqoryanla görüşündə "Xarıbülbül" diqqət çəkdi
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi 28.09.2022
Goranboy Mədəniyyət Mərkəzində Üç Rəngli Bayrağımız Ayaq Altına Sərildi – FOTOFAKT
Sumqayıtda şəhidlərimiz anıldı – FOTO
Laçınlılar 27 Sentyabr - Anım Gününü mütəşəkkilliklə yad etdilər
Şəhidlərin tələbə övladlarına 2 min manat verildi - FOTOLAR
Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 4-cü məhəllə ərazisində keçirib
“Prezident İlham Əliyev daim xalqın iradəsini və ölkəsinin maraqlarını uca tutur.”
100 yeni təcili tibbi yardım avtomobili alınacaq
“Anım Günü” ilə bağlı silsilə tədbirlər keçiriləcək
27 Sentyabr Anım Günüdür