XEBERNUR.info
 Valyuta məzənnəsi

İdmançımız erməni rəqibinə QALİB GƏLƏRƏK Avropa ÇEMPİONU OLDU

Oxunub: 22 Tarix:15-06-2022, 09:46

İdmançımız erməni rəqibinə QALİB GƏLƏRƏK Avropa ÇEMPİONU OLDURumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Yarışın 2-ci günündə yunan-Roma güləşində 5 çəki dərəcəsində qaliblər müəyyənləşib.

Milli komandanın 4 üzvü fəxri kürsüyə qalxıb. Fəraim Mustafayev (55 kq) finalda erməni Hayk Lyudviqyana tam üstünlüklə (13:4) qalib gələrək titulunu qoruyub.

Xatırladaq ki, Mustafayev ötən il Bolqarıstanın Samokov şəhərində keçirilən analoji yarışda da Avropa çempionu olmuşdu. Daha 3 güləşçimiz gümüş medal qazanıb. Belə ki, Elvin İbadov (48 kq) həlledici görüşdə gürcü Vaxtanq Loluaya, Seymur Qasımov (65 kq) yunanıstanlı Arionas Kolitsopulosa, İsmayıl Rzayev (80 kq) isə moldovalı Mihay Qutuya məğlub olub.

Hal-hazırda Azərbaycan yığması 95 xalla komanda hesabında aşkar liderdir. Millimiz ən yaxın izləyicisi olan Macarıstanı 36 xal qabaqlayır. Sabah millinin daha 4 üzvü medal üçün güləşəcək. Onlardan üçü qızıl, biri isə bürünc medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, bu yarışda Azərbaycan güləş tarixində yeni rekord qeyd alınıb. Belə ki, ilk dəfə yunan-Roma güləşində U-17 Avropa çempionatında 7 güləşçimiz finala vəsiqə qazanıb. Buna qədər güləşin bu növündə rekord göstərici 4 final olub.

Oxunub: 22



XƏBƏR LENTİ
İlqar Atabəylinin hüquqları pozulur – Həbs edilən jurnalistlə bağlı aksiya keçiriləcək
Vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi - bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi
İmzalanmış siyasi Bəyannamə mahiyyət etibarilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır.
SON DƏQİQƏ! Gənclər və İdman İdarəsinin rəisi SAXLANILDI
Zaur Kamal müğənnini efirdən qovdu - "Kişilikdən deyil..." FOTO
Şəhid anasını bu vədlə aldadıb 11 min manat ALIB - FOTOFAKT
"Külək" MMC məhkəməyə verildi - Yasamal Rayon İcra hakimiyyətinin adı hallanır
İlham Əliyev Aşqabadda Putinlə görüşdü
Quruculuq mərkəzinə çevrilən Qarabağ
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi
Ombudsmanın maaşının artırılmasına QƏRAR VERİLDİ
Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir.
İlham Əliyev bu gün Aşqabada gedir
Kəlbəcər belə qurulacaq - VİDEO
Bakıda məktəb YANIR
Şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədilir - Azərbaycan məktəbində biabırçılıq - VİDEO
Təhsil naziri: "Bəzi müəllimlərin direktor olmasını istəmirik"
İlham Əliyevdən Alla Vəzirova ilə bağlı SƏRƏNCAM
Hacı Mazan yenidən qalmaqal yaratdı - Məhkəməyə verilir - FOTO