Minifutbol üzrə Azərbaycan yığma komandası tarixində ilk dəfə Avropa çempionu adını qazanıb.
Dovletinfo.az xəbər verir ki, yığmamız Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının finalında qitə birinciliklərinin ən titullu komandasını - Rumıniyanı 1:0 hesabı ilə məğlub edərək qızıl medala sahib olub.
Bürünc medallara Qazaxıstan yığmasını 4:1 hesabı ilə məğlub edən Bolqarıstan yığması layiq görülüb.
Qeyd edək ki, Azərbaycan millisi 24 komandanın yarışdığı Avropa çempionatında mübarizəyə B qrupunda başlayıb. Komandamız qrupda da rəqib olan Rumıniyaya uduzsa da (0:2), İspaniya (5:1) və Albaniyaya (1:0) qalib gələrək səkkizdəbir finala yüksəlib. Komandamız səkkizdəbir finalda İsraili 3:0, dörddəbir finalda isə ev sahibi Slovskiyaı minimal hesabla məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda Qazaxıstan yığmasını 3:2 hesabı ilə məğlubiyyətə uğradan futbolçularımız finala vəsiq qazanıblar..Minifutbol üzrə Azərbaycan millisi bu gün Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının final oyununa çıxıb.
Dovletinfo.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu komanda həlledici matçda Rumıniya yığması ilə qarşılaşır.
Yığmamız birinci hissədən sonra 1:0 hesabı ilə öndədir.
***
Minifutbol üzrə Azərbaycan millisi bu gün Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında final oyununa çıxıb.
Dovletinfo.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu komanda həlledici matçda Rumıniya yığması ilə qarşılaşır.
Qeyd edək ki, yığmamız qrupdakı ilk oyununda rəqibinə 0:2 hesabı ilə uduzmasına baxmayaraq, digər oyunlarda İspaniyanı 5:1, Albaniyanı 1:0 hesabı ilə məğlub edib. Finala gedən yolda Azərbaycan komandası növbəti görüşlərində İsraili 3:0, Slovakiyanı isə 1:0 üstələyib.
Xatırladaq ki, komandamız yarımfinalda Qazaxıstana 3:2, Rumıniya isə Bolqarıstana 4:3 (penaltilərlə) hesabı ilə qalib gəlib. Bu gün üçüncü yer uğrunda matçda isə Qazaxıstan seçməsi Bolqarıstanla görüşüb.
Oxunub: 48