XEBERNUR.info
 Valyuta məzənnəsi

Çempionlar Liqasının daha 5 komandası 1/8 finalda

Oxunub: 39 Tarix:25-11-2021, 09:37

Çempionlar Liqasının daha 5 komandası 1/8 finaldaÖtən gecə UEFA Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura yekun vurulub.

Xəbər verilir ki, ikinci oyun günündə A, B, C və D qruplarında matçlar keçirilib. Qeydə alınan nəticələrdən sonra daha 5 komanda 1/8 finala yüksəlib.


Bunlar "Mançester Siti" (İngiltərə), PSJ (Fransa), "Sportinq" (Portuqaliya), "Real" (İspaniya) və İtaliya "İnter"idir. Türkiyənin "Beşiktaş" klubu isə ardıcıl 5-ci matçında da uduzaraq avrokuboklarla vidalaşıb.


Dortmund "Borussiya"sı, "Şerif" (Moldova) və "Zenit" (Rusiya) isə mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək.


Qeyd edək ki, daha əvvəl "Ayaks" (Niderland), "Bavariya" (Almaniya), "Mançester Yunayted", "Liverpul", "Çelsi" (hər üçün İngiltərə) və "Yuventus" (İtaliya) 1/8 finala vəsiqəni rəsmiləşdirib.



A qrupu


"Brügge" (Belçika) - "Leyptsiq" (Almaniya) - 0:5
"Mançester Siti" (İngiltərə) - PSJ (Fransa) - 2:1


Xal durumu: "Mançester Siti" - 12, PSJ - 8, "Leyptsiq" - 4, "Brügge" - 4,


B qrupu


"Atletiko" (Madrid, İspaniya) - "Milan" (İtaliya) - 0:1
"Liverpul" (İngiltərə) - "Portu" (Portuqaliya) - 2:0


Xal durumu: "Liverpul" - 15, "Portu" - 5, , "Milan" - 4, "Atletiko" - 4


C qrupu


"Beşiktaş" (Türkiyə) - "Ayaks" (Niderland) - 1:2
"Sportinq" (Portuqaliya) - "Borussiya" (Dortmund, Almaniya) - 3:1


Xal durumu: "Ayaks" - 15, "Sportinq" - 9, "Borussiya" - 6, "Beşiktaş" - 0.


D qrupu


"İnter" (İtaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 2:0
"Şerif" (Moldova) - "Real Madrid" (İspaniya) - 0:3


Xal durumu: "Real Madrid" - 12, "İnter" - 10, "Şerif" - 6, "Şaxtyor" - 1.

Oxunub: 39



XƏBƏR LENTİ