XEBERNUR.info
 Valyuta məzənnəsi

Ümumdünya Şahmat Olimpiadası: Komandamız beşincidir

Oxunub: 32 Tarix:9-09-2021, 08:46

Ümumdünya Şahmat Olimpiadası: Komandamız beşincidirSentyabrın 8-də ikinci onlayn Ümumdünya Şahmat Olimpiadasının top divizionunun oyunları start götürüb.



Xebernur.info xəbər verir ki, birinci diviziondan olimpiadaya qoşulan Azərbaycan milli komandası B qrupunda üçüncü qarşılaşmasında Macarıstan yığmasına 2:3 hesabla məğlub olub.



Qeyd edək ki, bundan əvvəl yığmamız İsveç komandasına 5,5:0,5 hesabla qalib gəlib, Çin komandası ilə oyun isə 3:3 hesabla başa çatıb. Bu nəticə ilə komandamız 10 yığma arasında 5-ci pillədə qərarlaşıb.


Şahmatçılarımız hər gün 3 oyun keçirəcəklər.



Yığma komandamızın əsas heyəti Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayevadan ibarətdir. Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Məhəmməd Muradlı və Gövhər Beydullayeva isə ehtiyat oyunçular sırasında yer alıblar.



Qrupda ilk iki yeri tutan komanda pley-offa yüksələcək. Birinci divizionun oyunları sentyabrın 10-dək davam edəcək.

Oxunub: 32



XƏBƏR LENTİ