XEBERNUR.info
 Valyuta məzənnəsi

Millimiz Tokioda məşqə çıxdı

Oxunub: 39 Tarix:21-07-2021, 21:26

Millimiz Tokioda məşqə çıxdıCüdo üzrə yığma komadamız Yaponiyanın paytaxtı Tokioda məşqə çıxıb.



Xebernur.info xəbər verir ki, komandamızın məşqi cüdonun mənbəyi hesab edilən Kodakanda baş tutub. Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov da millimizin məşqini izləyib.



Qeyd edək ki, cüdo yarışlarının püşkatma mərasimi iyulun 22-də Bakı vaxtı ilə saat 9:00-da keçiriləcək. Olimpiadada cüdo yarışları iyulun 24-dən 31-dək keçiriləcək.



Cüdoçularımızdan tatamiyə əvvəlcə Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) çıxacaq.

Azərbaycan cüdo tarixində ilk dəfə olaraq ölkəmiz Olimpiya Oyunlarında 9 cüdoçu ilə təmsil olunacaq.

Oxunub: 39



XƏBƏR LENTİ