XEBERNUR.info
 Valyuta məzənnəsi

Cüdoçumuz erməni rəqibini ipponla məğlub etdi

Oxunub: 52 Tarix:17-07-2021, 16:41

Cüdoçumuz erməni rəqibini ipponla məğlub etdi Praqada keçirilən gənc cüdoçular arasında Avropa kuboku uğrunda turnir davam edir.



Xebernur.info xəbər verir ki, turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Cavid Piriyev onaltıdabir final mərhələsində italiyalı Rokko Terranovanı məğlub edib. Səkkizdəbir finalda Ermənistan təmsilçisi Yuri İsraelyan ilə üz-üzə gələn cüdoçumuz rəqibinə ipponla qalib gələrək dörddəbir finala vəsiqə qazanıb. Bu mərhələdə onun rəqibi gürcü Giorgi Sardalaşvili olacaq.



Qeyd edək ki, Azərbaycan turnirə 11 cüdoçu ilə qatılıb. Oğlanların yarışında ölkəmizi Cavid Piriyev, Qasım Vəlizadə (60 kq), Rəşad Quluzadə (66 kq), Murad Bəşirov (73 kq), İbrahim Ağakişiyev (81 kq), Ruslan Səfxanov (90 kq) və Yaqub İsmayılzadə (+100 kq) təmsil edirlər. Qadın cüdoçulardan isə Gülşən Bəşirova, Könül Əliyeva (48 kq), Səbinə Əliyeva (52 kq) və Nərmin Əmirli (+78 kq) mübarizə aparırlar.



Turnirə iyulun 18-də yekun vurulacaq.

Oxunub: 52



XƏBƏR LENTİ