XEBERNUR.info
 Valyuta məzənnəsi

İKINCI FINALÇI DA MƏLUM OLDU - AVRO-2020

Oxunub: 44 Tarix:8-07-2021, 08:56

İKINCI FINALÇI DA MƏLUM OLDU - AVRO-2020Futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinə yekun vurulub.



Dovletinfo.az xəbər verir ki, bu raundun son görüşündə İngiltərə və Danimarka yığmaları üz-üzə gəliblər. Londondakı "Uembli" stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.



Matçda hesabı Skandinaviya təmsilçisi açıb. 30-cu dəqiqədə Mikkel Damsqor cərimə zərbəsindən baxımlı qol vurub. Bu, ingilislərin AVRO-2020-də buraxdığı ilk top olub. Cəmi 9 dəqiqə sonra britaniyalılar tarazlığı bərpa ediblər. Danimarkanın kapitanı Simon Kyaer topu öz qapısından keçirib.



Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatdığından, əlavə vaxt oynanılıb. 104-cü dəqiqədə İniltərə millisinin kapitanı Harri Keynin yerinə yetirdiyi penalti zərbəsini Kasper Şmeyxel qaytarsa da, özünü topa hamıdan tez çatdıran hücumçu komandasının qələbə qolunu vurub. Beləliklə, ingilislər finalda İtaliya yığmasına rəqib olublar.



Qeyd edək ki, həlledici qarşılaşma iyulun 11-də "Uembli" stadionunda olacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oxunub: 44



XƏBƏR LENTİ