XEBERNUR.info
 Valyuta məzənnəsi

AVRO-2020-də bu gün keçiriləcək OYUNLAR

Oxunub: 76 Tarix:29-06-2021, 08:50

AVRO-2020-də bu gün keçiriləcək OYUNLARBu gün futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin son iki oyunu keçiriləcək.



Xebernur.info-nun məlumatına görə, qarşılaşmalar İngiltərənin paytaxtı Londonda və Şotlandiyanın Qlazqo şəhərində gerçəkləşəcək.



Günün ilk matçında İngiltərə və Almaniya yığmaları üz-üzə gələcək. "Uembli" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Oyunu niderlandlı FIFA referisi Denni Makkeli idarə edəcək.



Günün son matçında isə İsveç və Ukrayna komandaları üz-üzə gələcək. "Hempden Park" stadionundakı görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi italiyalı Daniele Orsato olacaq.



İsveç - Ukrayna cütünün qalibi 1/4 final mərhələsində Almaniya - İngiltərə duelinin güclüsü ilə üz-üzə gələcək.



29 iyun



Avropa çempionatı



1/8 final mərhələsi



20:00. İngiltərə - Almaniya



Baş hakim. Denni Makkeli (Niderland)



London. "Uembli" stadionu



23:00. İsveç - Ukrayna



Baş hakim: Daniele Orsato



Qlazqo. "Hempden Park" stadionu



Qeyd edək ki, 1/4 final mərhələsinin daha 3 görüşünün tərkibi belə müəyyənləşib: İsveçrə - İspaniya, Belçika - İtaliya, Çexiya - Danimarka.

Oxunub: 76



XƏBƏR LENTİ