XEBERNUR.info
 Valyuta məzənnəsi

Veteran məşqçi, beşqat dünya çempionu

Oxunub: 269 Tarix:24-06-2020, 18:02



Sambo üzrə idman ustası Vahid Hüseynov bütün həyatını idmana bağlamış fədakar bir insandır. O, 1945-ci il mayın 9-da Qazax rayonunun Saloğlu stansiyasında dünyaya göz açıb. Uşaq yaşlarından idmana böyük maraq göstərən V.Hüseynov ilk vaxtlarda məşhur pəhləvanlardan güləşin sirlərini öyrənməyə başlayıb. Qədim adət-ənənələr üstündə köklənən kənd, məhəllə yarışları 13-14 yaşlı uşağın marağını bu sahəyə daha da artırıb. Qurşaq tutmaq, toy mağarlarında güləşmək, ağır çəki daşlarını qaldırmaqla güclü fiziki hazırlıq dövrü keçən Vahidin ətraf kəndlərdə qolunun qüvvətinə həsəd aparanların sayı çoxalır.



Veteran məşqçi, beşqat dünya çempionu



Ömrünü idmana həsr edən Vahid müəllim vaxtilə əfsanəvi güləşçi Anatoli Xarlampiyevdən dərs alıb. Hazırda Bakıdakı 16 nömrəli Uşaq-Gənclər İdman Məktəbində sambo üzrə məşqçi işləməklə yanaşı, beynəlxalq yarışlarda da uğurla iştirak edir. O, son illər usta-peşəkarlar arasında keçirilən dünya çempionatlarının daimi iştirakçısı və beşqat dünya çempionudur. Yeni Azərbaycan Partiyasının üzvü, Qarabağ veteranı və ehtiyatda olan zabitdir.

Ötən əsrin sonlarında öz müstəqilliyini bərpa etmiş müasir Azərbaycanın hər sahədə inkişafı göz qabağındadır. Ölkəmizdə sosial-iqtisadi həyatın bir çox sahələrini əhatə edən tərəqqi tendensiyası idman sahəsindən də yan keçmir. Ümummilli liderimiz Heydər Əliyevin daimi qayğısı və diqqəti sayəsində Azərbaycan idmanı yüksək inkişaf səviyyəsinə çatıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinə prezident seçilməsindən sonra idmanımız inkişaf tempini daha da artırdı. "Əvvəl şərait, sonra nəticə" prinsipini əsas götürən cənab İlham Əliyev idmançıların uğur qazanması üçün mümkün olan hər şeyi etmişdir. Respublikamızın ayrı-ayrı bölgələrində olimpiya kompleksləri istifadəyə verilmiş, yeni-yeni idman klubları və cəmiyyətləri yaradılmışdır.

Azərbaycan idmançıları idmanın müxtəlif növləri üzrə Avropa birinciliklərində, dünya çempionatlarında, digər beynəlxalq idman yarışlarında iştirak edib böyük uğurlar qazanmışlar. Bu ənənə bu gün də uğurla davam etdirilir. Bu uğurların qazanılmasında xidməti olanlardan biri də idman veteranı Vahid Ömər oğlu Hüseynovdur.

- İndi güləşçilərimiz dünyanın müxtəlif yerlərində, irili-xırdalı beynəlxalq turnirlərdə iştirak edirlər. Azərbaycan dünya və Avropa çempionatları kimi iri idman tədbirlərinə ev sahibliyi edir. Keçmiş idmançı kimi heç vaxt ağlımıza gətirə bilməzdik ki, Azərbaycan onlarca ölkənin idmançısını qonaq edər, dünyanın ən say-seçmə güləşçilərini Bakıda görə bilərik. Veteran güləşçi kimi bu bizi çox sevindirir.

- Vahid müəllimin dünyaya göz açdığı yurd yeri haqqında düşüncələri?

- Qazax torpağı təbii ki, mənim üçün daha doğmadır. Uşaqlıq illərim gözümün önündən getmir. Ətraf kəndlərdən, Daş Salahlıdan, Aşağı Salahlıdan və başqa kəndlərdən bizim kəndə gələn güləşçilərin çoxlarının arxasını yerə vurmuşam. Az-az adam tapılardı ki, mənim qurşağımdan yapışsın. 1964-cü ildə hərbi xidmətə gedəndə yolasalma mərasimində bütün stansiya camaatı toplaşmışdı. Saloğluda anam mənə xeyir-dua verəndə dedi ki, oğul, çalış ki, orada yaxşı ad çıxarasan. Aşıq Ədalətin sazının və "Cəngi" sədalarının altında əsgərliyə getməyim məndə vətənpərvərlik hisslərini, içimdəki güc-qüvvəti daha da artırdı.

1968-ci ildə ordudan tərxis olunandan sonra ümumittifaq yarışlarında birinci və ikinci yerlərə sahib oldum. Bakıda "Dinamo" cəmiyyətində məşqçi kimi fəaliyyətə başladım. Məni SSRİ miqyasında, demək olar ki, hamı tanıyırdı. Hələ əsgərlik dövründə samboçular arasında ləqəbim var idi. Meydana çıxanda mənə "Çyornı Pantera" gəldi deyirdilər. Samboçular fiziki hazırlığımdan və yarışlarda döyüşümdən heyrətə gəlirdilər. Məni SSRİ idmançıları arasında "Sansey" deyə çağırırdılar. Əsgərlik vaxtı ermənilər "Sansey" eşidəndə əl-ayağa düşürdülər. İdman ustası adını qazandıqdan sonra məşqçi kimi işləyirdim. Qarabağ müharibəsi vaxtında Qazaxda erməni terrorçularının Əskipara kəndində evləri yandırması, bir neçə ailənin vəhşicəsinə qətlə yetirilməsi məni könüllü şəkildə Müdafiə Nazirliyinə gəlməyə sövq etdi. Hərbi hissələrdə fiziki hazırlıq rəisi işlədim. Əsgərlərə əlbəyaxa döyüşü öyrətməklə onların fiziki hazırlığı ilə məşğul oldum.

- Vahid müəllim, ölkəmizdə sambonun hazırkı vəziyyətindən razısınızmı?

- Sambo Azərbaycana Ceyhun Hüseynov, Tərlan Poladov, Zülfiyyə Hüseynova, Mövlud Mirəliyev kimi idmançılar verib. Cüdo ölkəmizdə intişar tapanda çoxları sambonu cüdoya dəyişdi. Amma mən samboya sadiq qaldım. 35 ildən çoxdur ki, məşqçiyəm, bu gün də sənətimi sevə-sevə öyrədirəm.

Malta şəhərində veteranlar arasında keçirilən dünya çempionatında mən ölkəmizi 30 dövlət arasında birinci etdim. Qızıl medal sahibi kimi qələbələrimi ağır çətinliklər hesabına əldə etmişəm.

Dünya çempionluğuna gedən yol

Vahid Hüseynovun beynəlxalq miqyasda tanınmasına yol açan 1999-cu ilin noyabrın 15-də Maltada keçirilən veteran samboçuların beynəlxalq çempionatı olub. 30-a yaxın ölkənin idmançısının qatıldığı dünya çempionatında ölkəmizin şərəfini qorumaq Hüseynovun qismətinə düşür. Veteran idmançılar arasında keçirilən yarışlarda 90 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz rəqiblərinin hamısını məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxır. Üçrəngli Dövlət bayrağımız Maltada dalğalanır, Azərbaycanımızın himni birinci səslənir. Qızıl medala sahib olmaq uğrunda mübarizə aparan veteran samboçumuz arzusunu reallaşdıraraq ilk uğuruna imza atır.

"Yanıq Kərəm"in sədaları altında dünya çempionu oldu

2000-ci il sentyabrın 13-dən 25-dək Maltada keçirilən veteranlar arasında növbəti dünya çempionatında veteran idmançılardan ölkəmizi təmsil edən Vahid Hüseynov rəqib idmançıları məğlub edərək ikinci dəfə qızıl medala sahib olub. "Maltada veteranlar arasında dünya birinciliyi keçirilirdi. Mən də orada çıxış edirdim. Yarışa gedəndə özümlə Azərbaycandan aşıq Ədalətin audio kasetini götürmüşdüm. Yarımfinalda çox güclü bir ispan güləşçisi ilə qarşılaşdım. Rəqibim sambo ilə yanaşı, idmanın qaydasız döyüş növü üzrə də ixtisaslaşmış idmançı idi. Onunla döyüşə çıxanda uşaqlara dedim ki, aşıq Ədalətin ifasında "Yanıq Kərəm"i havasını səsləndirsinlər. Baxmayaraq ki, orada buna icazə vermirdilər, bu hava alçaq tonda da olsa səsləndirildi. Bundan sonra elə bil mənə ikiqat güc gəldi. Mən o, idmançını 1 dəqiqə 30 saniyəyə məğlub etdim. Sonra finalda ukraynalı idmançı Kulikavla güləşdim, "Yanıq Kərəm"in sədaları altında bu döyüşdə də qalib gələrək veteranlar arasında yenidən dünya çempionu adını qazandım. Himnimizi səsləndirdim, bayrağımızı yüksəklərə qaldırdım.

Sonradan 2001-ci il Fransanın Kap Martin şəhərində və 2002-ci il Yunanıstanda keçirilən növbəti dünya çempionatlarında da dünya çempionu olaraq ölkəmizi layiqli şəkildə təmsil etdim".

2003-cü il oktyabrın 15-18 tarixlərində Fransanın Kap Martin şəhərində keçirilən veteran usta samboçular arasında növbəti dünya çempionatında ölkəmizi təmsil etmiş Vahid Hüseynov qızıl medal qazanmaqla Azərbaycan bayrağını məhz möhtərəm İlham Əliyevin şərəfinə qaldırıb. "Yarışda olarkən eşitdim ki, İlham müəllim Prezident seçilib. Bu xəbər mənə daha da qüvvət verdi və sonrakı döyüşlərimdə daha böyük ruh yüksəkliyi ilə yarışdım. 30 ölkənin 25-dən çox idmançısının arasında üçrəngli bayrağımızı Prezidentimiz İlham Əliyevin şərəfinə dalğalandırdım.

Vaxtilə ümummilli liderimiz Heydər Əliyev idman sahəsində qazanılmış uğurlarda veteran idmançıların zəhmətini yüksək qiymətləndirirdi. Azərbaycanın idman veteranları ölkəmizdə idmanın inkişafı üçün çox işlər görüb, yaxşı ənənələr yaradıb, gənclərimiz üçün yaxşı yol açıblarE Bugünkü gənclərimizin idman sahəsindəki nailiyyətləri veteranların zəhməti sayəsindədir, gənclərin məşqçilərinin, müəllimlərinin, onlara rəhbərlik edən idman ustalarının fəaliyyətinin nəticəsidir. Müstəqilliyimizin ilk illərində səriştəsiz rəhbərlərin günahı ucbatından böhran günü-gündən dərinləşir, ölkə dağılıb gedir, torpaqlarımız bir-birinin ardınca işğal olunurdu. Təbii ki, idman və bədən tərbiyəsi də tamam unudulmuşdu. Qarnizonun idman rəisi idim. Əsgər və zabitlərin fiziki cəhətdən möhkəmlənməsi üçün məşqlər keçir, onlara sambo və əlbəyaxa döyüş fəndini öyrədirdim. Təəssüf ki, bu sahəyə o vaxt lazımi diqqət göstərilmirdi. Yalnız xalqın xahişi və təkidi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı bizi bütün bəlalardan xilas etdi. Siyasi, iqtisadi sahələrdə olduğu kimi, ordu quruculuğu prosesində də dönüş yarandı, ölkədə idmanın inkişafına xüsusi diqqət yetirildi. Veteran idmançılar işə cəlb olundu. 1995-ci ildən başlayaraq hərbi hissələrdə müxtəlif idman yarışlarının keçirilməsi ənənə halını aldı. Peşəkar idmançıların yetişdirilməsində veteran idmançıların əməyindən istifadə olunması uğurların qazanılmasında əsas amilə çevrildi.

Veteran idmançıların beynəlxalq yarışlara qatılması da dövlət başçımız, MOK-un prezidenti İlham Əliyevin qayğısı sayəsində mümkün olmuşdur. 1999-cu ildən bəri Maltada, Kanadada, Fransada, Yunanıstanda keçirilən birinciliklərin qızıl medallarını qazanmışam. Yaşım 70-i haqlasa da, hələ özümü gümrah hiss edirəm, həvəsdən düşməmişəm.

Bu gün Azərbaycan idmanı yüksəliş mərhələsindədir. Ölkəmizdə həm siyasi, sosial-iqtisadi həyatın, həm də idmanın yüksəlişi, dövlət başçımızın bu sahəyə qayğısı yeni-yeni uğurlarımızdan soraq verir.

Ayxan Cavad

Oxunub: 269



XƏBƏR LENTİ
“Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır
Ərzaq təhlükəsizliyini möhkəmləndirmək üçün kompleks tədbirlər görülür
Zabux və Laçın sakinləri ilə görüş keçirildi
15.08.2022 Azərbaycan Sahibkar Qadınlar İctimai birliyinin sədri Zenfira Ağayeva və Birliyin idarə heyətinin bir neçə üzvü Astara rayonunda Şəhidləri ziyarət etdilər
İlham Əliyev qəbul keçirdi
Laçından çıxan 14 erməni ailəsi Zəngəzura köçmək qərarı verib
Bu gün Cəbrayıl rayonu ilə keçmiş Hadrut rayonu arasındakı Daşbaşı postunda həlak olan 23 şəhidin anım günüdür.
Azərbaycan XİN-dən Pakistana TƏBRİK
Vətən müharibəsi qazisi yol qəzasında vəfat etdi
Laçın şəhərinə, Zabux və Susa qayıdış başlanacaq Video
Rusca danışdığı üçün döyüldüyünü iddia edən gənclə bağlı - DİN-dən AÇIQLAMA - YENİLƏNİB
Xocalı qatili olan erməni general ÖLDÜ
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu 2022-ci il 12 avqust tarixdə Bərdə rayonu ərazisindəki 866 ailəlik məcburi köçkünlər qəsəbəsində keçirilmişdir.
Ermənistanlı deputatlar Qarabağdadır - Haylar Laçında təxribata çalışırlar
Bu gün Milli Qəhraman Sərdar Mədət oğlu Səfərovun doğum günüdür.
YAP-ın İdarə Heyəti toplandı
Bu il tələblər fərqlidir - III qrupla bağlı VACİB MƏLUMAT
Laçından yan keçən yolun tikintisi yekunlaşdı
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi 10.08.2022