XEBERNUR.info
 Valyuta məzənnəsi

Qadın dərman içərək özünü zəhərlədi

Oxunub: 455 Tarix:9-10-2019, 09:41

Qadın dərman içərək özünü zəhərlədi

Gəncədə qadın dərman içərək özünü zəhərləyib.

“Qafqazinfo” nun verdiyi xəbərə görə, şəhərin Dədə Qorqud küçəsində yaşayan 1981-ci il təvəllüdlü A. M zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır. Məlumata görə, qadın çoxlu sayda dərman həbləri qəbul edərək özünü öldürmək məqsədi ilə zəhərləyib.

Onun hansı səbəbdən intihara cəhd etdiyi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
Oxunub: 455



XƏBƏR LENTİ