XEBERNUR.info
 Valyuta məzənnəsi

Gəncədə xanım məktəb direktoru intihara cəhd etdi - Niyəsini Anar Qədimalıyev bilir

Oxunub: 53 Tarix:23-06-2022, 07:57

Gəncədə xanım məktəb direktoru intihara cəhd etdi - Niyəsini Anar Qədimalıyev bilirGəncə şəhəri İsmət Qayıbov adına 1 saylı tam orta məktəbinin direktoru Mətanət Qarayeva səhər saatlarında intihara cəhd edib.

Xebernur.info xəbər verir ki , xanım direktor özünü öldürmək məqsədilə yaşadığı evdə çoxlu sayda dərman içib. Nəticədə halı pisləşən direktor təcili yardım maşını ilə Göygöl xəstəxanasına yerləşdirilib. Direktor hazırda reanimasiyadadır, onu ayıltmağa çalışırlar.

Xəstəxanadan hələ də polisə məlumat verilmədiyi, hadisəni hüquq mühafizə orqanlarından gizlətməyə çalışdıqları deyilir. Hadisə üzrə cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanarsa, bunun Anar Qədimalıyevin karyerasına son qoya biləcəyini müzakirə etmək olar.

Demokratik.Az hadisənin səbəbi barədə maraqlanıb. Əldə etdiyimiz bilgiyə görə, uzun müddətdir sözügedən məktəbin direktoru olan M.Qarayevanın intihara cəhd etməsi öz vəzifəsini itirməsinə dair təhdidlərdən ortaya çıxan haldır. Belə ki, direktor bir müddətdir ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədimalıyev tərəfindən təzyiqlərlə üzləşib, ondan ərizə yazıb direktorluğu tərk etməsi istənilir. Bu istək son günlər daha ciddi hal alıb, tərəflər arasında münasibətlər pisləşib.

İddiaya görə, Anar Qədimalıyev məktəbin rəhbərliyini öz yaxın qohumu, həmin məktəbin təşkilatçı müavini Nüşabə Məmmədovaya devr etmək istəyir. Təbii ki, vəzifəyə alışmış Qarayeva da intihara cəhdlə RTŞ-in qərarına qarşı çıxır, direktorluq postunu ölümü bahasına da olsa qorumağa çalışır.

Digər bir məlumata görə, Gəncənin 1 saylı məktəbini ələ keçirməyə çalışan yeni direktor
[23.06, 07:56] nurane: namizədi N.Məmmədova hazırda Gəncə şəhər İHB-nin ictimai-siyasi və hümanitar məsələlər şöbənin müdirinin müavini Azər İbrahimovun qaynanasıdır. Azər İbrahimovla da təhsil şefi Anar Qədimalıyev əmizadədirlər.

Anlaşılan hal odur ki, hələ də rüşvət və korrupsiya bataqlığında əziyyət çəkən məktəblərdə direktor olmaq eşqi xeyli qiymətlidir.

(mövzu diqqətimizdədir, əlavə məlumatlandıracağıq).Demokratik

Oxunub: 53



XƏBƏR LENTİ
İlqar Atabəylinin hüquqları pozulur – Həbs edilən jurnalistlə bağlı aksiya keçiriləcək
Vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi - bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi
İmzalanmış siyasi Bəyannamə mahiyyət etibarilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır.
SON DƏQİQƏ! Gənclər və İdman İdarəsinin rəisi SAXLANILDI
Zaur Kamal müğənnini efirdən qovdu - "Kişilikdən deyil..." FOTO
Şəhid anasını bu vədlə aldadıb 11 min manat ALIB - FOTOFAKT
"Külək" MMC məhkəməyə verildi - Yasamal Rayon İcra hakimiyyətinin adı hallanır
İlham Əliyev Aşqabadda Putinlə görüşdü
Quruculuq mərkəzinə çevrilən Qarabağ
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi
Ombudsmanın maaşının artırılmasına QƏRAR VERİLDİ
Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir.
İlham Əliyev bu gün Aşqabada gedir
Kəlbəcər belə qurulacaq - VİDEO
Bakıda məktəb YANIR
Şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədilir - Azərbaycan məktəbində biabırçılıq - VİDEO
Təhsil naziri: "Bəzi müəllimlərin direktor olmasını istəmirik"
İlham Əliyevdən Alla Vəzirova ilə bağlı SƏRƏNCAM
Hacı Mazan yenidən qalmaqal yaratdı - Məhkəməyə verilir - FOTO