XEBERNUR.info
 Valyuta məzənnəsi

Lənkəran sakininin avtomobilindən silah tapıldı

Oxunub: 31 Tarix:22-11-2021, 10:27

Lənkəran sakininin avtomobilindən silah tapıldıLənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şilavar kənd sakini, əvvəllər məhkum olunmuş Əhməd Hüseynov idarə etdiyi "Vaz 2121" markalı avtomobillə saxlanılıb.



DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, ŞRPŞ-də həmin avtomobilə keçirilən baxış zamanı ön oturacağın alt hissəsindən lüləsi və qundağı kəsilmiş "abrez" tipli nömrəsi silinmiş ov tüfəngi və həmin silaha aid 2 ədəd patron aşkar edilərək götürülüb.



Faktla bağlı araşdırma aparılır.Lənkəran sakininin avtomobilindən silah tapıldı

Oxunub: 31



XƏBƏR LENTİ