XEBERNUR.info
 Valyuta məzənnəsi

Yardımlı sakini həmkəndlisini güllələyərək öldürdü

Oxunub: 10 Tarix:13-09-2021, 09:24

Yardımlı sakini həmkəndlisini güllələyərək öldürdüSentyabrın 12-i saat 13 radələrində Yardımlı rayon, Arvana kənd sakini 1999-cu il təvəllüdlü Nəsrəddin Sətizadənin odlu silahdan açılan atəşlə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.



Yardımlı rayon prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1988-ci il təvəllüdlü Asif Ağayevin kənd ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nəsrəddin Sətizadənin sinə nahiyəsinə ov tüfəngindən atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.



Faktla bağlı Yardımlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.



Asif Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.



Hazırda cinayət işi üzrə istintaq davam edir.

Oxunub: 10



XƏBƏR LENTİ