XEBERNUR.info
 Valyuta məzənnəsi

18 yaşlı qızı tualetdə zəncirləyən şəxs tutuldu

Oxunub: 54 Tarix:24-07-2021, 11:29

18 yaşlı qızı tualetdə zəncirləyən şəxs tutulduİyulun 22-də rayonun Bərdə şəhər sakini Əfsanə Yusifzadənin zəncirlə bağlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.



Bərdə rayon prokurorluğundan bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin anasının tanışı Ruslan Rzayevin 2003-cü il təvəllüdlü Əfsanə Yusifzadəni ayağından Bərdə şəhərində yerləşən yataqxanada ümumi istifadədə olan sanitar qovşağında zəncirlə dəmir boruya bağlayaraq qəsdən azadlığını məhdudlaşdırılmasına və sağlamlığına müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.



Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.3-cü (qanunsuz azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.



Ruslan Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Cinayət işi üzrə istintaq davam edir.

Oxunub: 54



XƏBƏR LENTİ