XEBERNUR.info
 Valyuta məzənnəsi

Bakının mərkəzində narkotik satan "parkovşik" TUTULDU

Oxunub: 52 Tarix:14-07-2021, 21:19

Bakının mərkəzində narkotik satan "parkovşik" TUTULDUSəbail rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Səməd Vurğun küçəsində avtomobillərin parklanma nəzarətçisi kimi işləyən N.Ağayev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, şəxsi axtarış zamanı ondan heroin, 1 kibrit qutusu qurudulmuş marixuana və 7 ədəd psixotrop həb aşkar edilərək götürülüb.

Ətrafında aparılan tədbirlərlə onun narkotik vasitələri internet üzərindən onlayn qaydada əldə etdiyi şəxs də müəyyən edilib.

"İmmunitet sertifikatı"nı digəri ilə dəyişmək mümkündür? - CAVAB
HAVA XƏBƏRDARLIĞI: Temperatur 44 dərəcəyə çatacaq
Azərbaycanlı abituriyentlərin seçdiyi İXTİSASLAR - SİYAHI
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum olunmuş A.Həsənov da saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Polis əməkdaşları tərəfindən onun yaşadığı mənzilə baxış zamanı isə oradan əlavə olaraq 2,3 kiloqram heroin götürülüb.

Faktla bağlı Səbail rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Oxunub: 52



XƏBƏR LENTİ