XEBERNUR.info
 Valyuta məzənnəsi

Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunda keçirildi

Oxunub: 99 Tarix:30-09-2022, 16:28

Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunda keçirildi
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu 2022-ci il 30 sentyabr tarixdə Ağcabədi rayonunun Taxta Körpü ərazisi ərazisindəki 245 ailəlik qəsəbədə fəaliyyət göstərən Laçın rayonunun Qarakeçdi kənd 2 saylı tam orta məktəbinin inzibati binasında keçirilmişdir.

Həmin ərazidə yaşayan 94 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti və quruculuq işlərindən, ölkə rəhbərinin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərindən, Laçın rayonunun ərazisində iki mühüm dövlət əhəmiyyətli obyektin - Güləbird Su Elektrik Stansiyasının açılışında və Laçın rayonunun Qorçu kəndi ərazisində beynəlxalq hava limanının təməlqoyma mərasimində iştirakından, eyni zamanda 2022-ci il 26 iyun tarixində Laçın rayonu ərazisinə səfər etməsi zamanı Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işlərindən, “Qorçu” elektrik yarımstansiyasında görülən işlərdən, “Həkəriçay” su anbarı layihəsi ilə tanış olmağından danışmış, 26 avqust tarixində Laçın şəhəri, Zabux və Sus kəndlərinin ordumuzun tam nəzarətinə götürülməsini ölkə rəhbərliyinin torpaqlarımızın bütünlüklə azad olunması istiqamətindəki qətiyyətinin bariz nümunəsi olduğunu bildirmiş, 2022-ci il 21 sentyabr tarixində işğaldan azad olunmuş Laçın rayonu ərazisinə sayca dördüncü dəfə səfəri zamanı Laçın şəhərində Azərbaycanın üçrəngli Bayrağını ucaltmağı və “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak etməyini Azərbaycan tarixinin ən əlamətdar hadisəsi olduğunu bildirmişdir. Rayon rəhbəri çıxışında eyni zamanda şəhid ailələrinə, müharibə əlillərinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan söz açmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksinin və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini bildirmişdir. O, daha sonra çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin sosial-iqtisadi həyatındakı xidmətlərindən söz açaraq, respublikada məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən də danışmışdır.

Səyyar qəbulda məcburi köçkünlərin müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.

Qəbulda Laçın rayon prokuroru İlqar Səadətov, Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə və müəssisə rəhbərləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri iştirak etmişlər.

Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.

Oxunub: 99

XƏBƏR LENTİ