XEBERNUR.info
 Valyuta məzənnəsi

Hər bir azərbaycanlı fəxr edir ki,bu torpağın övladıdır.

Oxunub: 82 Tarix:29-09-2022, 10:05

Hər bir azərbaycanlı fəxr edir ki,bu torpağın övladıdır.

Hər bir azərbaycanlı fəxr edir ki,bu torpağın övladıdır.
27 sentyabr 2022 ci il Azərbaycan Respublikasının Prezidenti İham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda səfərdə olublar.
Dövlət başçısı və birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 sentyabr Anım gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar.Prezidentimiz burada çıxışında bildirib ki",Bu gün Azərbaycanda Anım günüdür.Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir.Allah şəhidlərimizə rəhmət eləsin."
Şəhidlərimiz bu Vətən ,bu torpaq uğrunda öz canlarını fəda etdilər.Biz şəhidlərimizlə fəxr edirik.Biz qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik.Şəhidlərimizin qanı yerdə qalmadı.Döyüş meydanında biz onlardan qisasımızı aldiq.Doğma torpaqlarımızı azad etdik.Ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.44 günlük Vətən müharibəsi şanlı tariximizdir.Azərbaycan xalqı bütün gücünü səfərbər edib ,yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu.Azərbaycan xalqı birlik və iradə nümayiş etdirdi.Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün azad edilmiş torpaqlarımızda qurub yaradırıq ,şəhər və kəndlərimizi bərpa edirik.,həm də Zəfərimizlə fəxr edirik.Eyni zamanda fəxr edirik ki, doğma torpaqlarımıza yenidən qayıtdıq .Bu torpaqların sahibləri yenidən qayıtdı.
Qaraxanbəyli kəndi və digər beş kənd Il Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir.İlk şəhidlərimizi burada vermişik.Bu istiqamətdə düşmən beş _altı müdafiə xətti yaratmışdı.Azərbaycan əsgəri heç düşünmədən canını fəda edirdi ki ,üçrəngli bayrağımız Şuşada ,azad olunmuş torpaqlarımızda dalğalansın.Azərbaycan əsgəri heç nəyi düşünmədən yalnız irəli gedirdi. Biz şəhid verirdik amma ,irəli gedirdik.Hamı dərk edirdi ki,bunun sonu Zəfərə gedən yoldur.yoldur..44 günlük müharibə ərzində 300 dən çox şəhər və kənd düşməndən azad edildi .
Biz xoşbəxt xalqıq .Ona görə ki, bu şərəfli missiya məhz bizim üzərimizə düşüb.Biz döyüş meydanında haqqımızı bərpa etdik.Biz müzəffər xalq kumi ,qalib xalq kimi əbədi yaşayacayıq .Biz qoymayacayıq düşmən başını qaldırsın.Ölkəmizin artan hərbi gücü müstəqilliyimizin ,rahat həyatımızın təminatçısıdır. "
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım günündə saat 12 **də Vətən müharibəsi şəhidlərini bir dəqiqəlik sükutla yad ediblər .
Füzulidə hava limanından sonra bir çox tikinti quruculuq işləri aparılır .Horadiz _Ağbənd dəmir yolu xəttinin əsası qoyulub . Umumi uzunluğu 100 km olan bu dəmiryol xəttinin əhəmiyyəti böyükdür.Naxçıvana birbaşa dəmiryolu nəqliyyat əlaqəsinin strateji əhəmiyyəti böyükdür.
Həmişə Vətən keşiyində duran əsgər və zabitlərimizə uğurlar arzulayıram.Həmişə , hər zaman sizinlə fəxr edirik.
Rəşad Rəhmanov:
Oxunub: 82



XƏBƏR LENTİ