XEBERNUR.info
 Valyuta məzənnəsi

“Prezident İlham Əliyev daim xalqın iradəsini və ölkəsinin maraqlarını uca tutur.”

Oxunub: 51 Tarix:26-09-2022, 12:04

“Prezident İlham Əliyev daim xalqın iradəsini və ölkəsinin maraqlarını uca tutur.”
“Prezident İlham Əliyev daim xalqın iradəsini və ölkəsinin maraqlarını uca tutur.”
YAP Ağdam rayon təşkilatının sədri
Mansur Quliyev

Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili, xarici siyasət xəttinin mərkəzində Azərbaycan xalqının və dövlətinin milli mənafeyi əsas istiqamət kimi götürülür, bu da dövlət başçımızın xalqın iradəsini hər şeydən uca tutmasının bariz nümunəsidir.
Bu gün Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyi mövcuddur, bu birliyin əsasını Azərbaycan xalqının öz liderinə olan sevgisi və inamı təşkil edir. Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri dəstəkləyir, xarici və daxili siyasəti dəstəkləyir.
Prezident cənab İlham Əliyevin dövlət strategiyasının əsasını təşkil edən amillərdən biri də xalqın milli maraqlarının qorunması və təmin olunmasıdır. Hər zaman öz xalqına böyük diqqət və qayğı ilə yanaşan ölkə rəhbəri cənab İlham Əliyev əhalinin sosial problemlərinin həllinə, insanların yaşayış şəraitinin yaxşılaşdırılmasına ciddi önəm vermişdir. Məhz bu kimi amillər xalqın alternativsiz lider olan ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməsini şərtləndirən meyarlardan biridir.
Xüsusi ilə qeyd etmək lazımdır ki, 44 günlük şanlı Vətən Müharibəsində xalqımız Ali Baş Komandanımız, ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək, öz lideri ilə həmrəylik nümayiş etdirdi. Məhz bu həmrəyliyin nəticəsində Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan tarixi Zəfərə imza atdı.
44 günlük Vətən müharibəsi xalqımızın birliyini, ordumuzun qüdrətini və ən əsası Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətini , əsl liderlik bacarıqlarını bir daha dünyaya nümayiş etdirdi.
Qeyd etmək lazımdır ki. Prezident cənab İlham Əliyevin daxili və xarici dövlət strategiyası hər zaman xalq tərəfindən dəstəklənməkdədir və bu xalqın öz Prezidentinə olan sonsuz inamından qaynaqlanır.
Dövlətimizin uğurla həyata keçirdiyi sosial, iqtisadi siyasət xəttinin mərkəzində insan faktoru əsas götürülür və nəticə etibarı ilə əhalinin həyat şəraiti gündən günə yaxşılaşdırılır. Həmçinin dövlətimizin yürütdüyü uğurlu xarici siyasət kursu özündə milli maraqları əsas götürərək xalqımızın parlaq gələcəyinə böyük stimul verir.
Bu gün Azərbaycan müstəqil siyasət yürüdür və öz milli maraqları çərçivəsində, Beynəlxalq hüquq normalarına əsaslanaraq öz siyasi mövqeyini ortaya qoyur.
Məhz ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişafın və tərəqqisinin əsasını təşkil edir.
44 günlük Vətən Müharibəsindəki şanlı Zəfərimizdən sonra regionda yeni geosiyasi vəziyyət yaranıb, bu proseslər Azərbaycanın xeyrinə davam edir. Çunki, bu gün Azərbaycan sözün əsl mənasında həm Beynəlxalq aləmdə, həm də regionda böyün nüfuza sahib olan bir dövlətdir. Tam əminliklə deyə bilərik ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz yeni yeni uğurlara, yeni yeni qələbələrə imza atacaqdır.
Oxunub: 51



XƏBƏR LENTİ