XEBERNUR.info
 Valyuta məzənnəsi

Prezident şad xəbəri verdi - Laçınlılar o günü GÖZLƏYİR

Oxunub: 37 Tarix:22-09-2022, 15:35

Prezident şad xəbəri verdi - Laçınlılar o günü GÖZLƏYİR
“Laçın şəhər mərkəzinin, Sus və Zabux kəndlərinin yenidən Azərbaycana qaytarılması, Müzəffər Ali Baş Komandan tərəfindən burada Azərbaycanın dövlət bayrağının qaldırılması bizim üçün tarixi hadisədir”.



Bunu açıqlamasında Milli Məclisin Laçından olan deputatı Mahir Abbaszadə deyib. Deputat qeyd edib ki, Laçın Qarabağda yaşayan ermənilərlə, Ermənistanı coğrafi cəhətdən birləşdirən şəhər funksiyasını daşıyırdı:



“Ona görə də, ermənilər 1992-ci ildə Laçının işğalını həyata keçirdilər. Hesab edirəm ki, şəhərin Azərbaycana qayıtması, Ali Baş Komandanın əraziyə səfəri, orada üçrəngli bayrağımızı ucaltması önəmli hadisədir. Azərbaycan işğal altında olan Qarabağı və Şərqi Zəngəzuru tamamilə azad etdikdən sonra qarşısında duran əsas məsələlərdən biri işğaldan azad olunmuş ərazilərdə bərpa quruculuq işlərini həyata keçirmək, burada kommunikasiyaları bərpa edib, yaşayış məntəqələri salmaq, bu ərazilərdən məcburi köçkün düşmüş insanları geri qaytarmaqdır.



Digər ərazilərdə olduğu kimi, ermənilər Laçın şəhərində də vandalizm əməllərinə yol verib, sosial infrastruktur obyektlərini dağıdıblar, tarixi abidələri yerlə bir ediblər. Ermənilər bəzi ərazilərdə qeyri-qanuni məskunlaşma həyata keçiriblər. Azərbaycanlılara məxsus evlərdə yaşamağa başlayıblar. Buna baxmayaraq, yenə də ermənilər avqustun 26-da bu əraziləri tərk edərkən, oranı dağıdıb, bəzi evləri yararsız vəziyyətə salıblar. Buna baxmayaraq, ölkə başçısının tapşırıqlarına uyğun şəkildə Laçın şəhər mərkəzində abadlıq işlərinə başlanılıb. Bu bizə əsas verir ki, yaxın vaxtlarda, hətta növbəti ildə Laçın şəhər mərkəzinə bəzi ailələrin köçürülməsi, orada məskunlaşması təmin edilsin.



Eyni zamanda, bizdə olan məlumatlara görə, köçürüləcək insanların məşğulluğunun, sosial rifahının yaxşılaşdırılması üçün bu ərazilərdə yeni iş yerlərinin, sənaye müəssisələrinin yaradılması, müasir infrastruktura məxsus otellərin tikilməsi, şəhərin özünəməxsus tarixi abidələrinin bərpası, parkların və s. salınması nəzərdə tutulub. Bununla əlaqədar şəhərin baş planında xüsusi məqamlar var. Qarşıdakı dövrlərdə görülən işlərlə bağlı yenilikləri izləyəcəyik”.
Prezident şad xəbəri verdi - Laçınlılar o günü GÖZLƏYİR
Ermənilərin Azərbaycan sərhədlərində törətdiyi 12-14 sentyabr təxribatlarına toxunan deputat qeyd edib ki, bu, hərbi təcavüz olmaqla yanaşı, insanların gözünü qorxutmağa xidmət edən plan idi:



“Burada əsas məqsədlərdən biri xüsusilə Kəlbəcər və Laçında bərpa quruculuq prosesini ləngitmək, gələcəkdə bura köçürüləcək insanların gözünü qorxutmaq idi. Amma ölkə başçısının Azərbaycan Ordusunun sərhədləri etibarlı qoruduğunu, düşmənə sarsıdıcı zərbələr endirməsi, əlverişli mövqelərə malik olması, Laçın şəhərində bayrağın qaldırılması, rayonun bərpası ilə bağlı ciddi tapşırıqların verilməsi göstərir ki, Azərbaycan öz işlərini dayandırmayıb. Bizim torpaqlarımıza qayıdışımızın qarşısını heç bir qüvvə ala bilməz.



Sərhəddə baş verənlərin nəticəsi olaraq, Azərbaycan dövləti Ermənistana xəbərdarlıq edir ki, sizin bu ərazilərdə yaşamağınız üçün sülh proseslərinə qoşulmaq, müqaviləni imzalamaqdan başqa yolunuz yoxdur. Əgər qonşuluq münasibətlərində yaşayacağıqsa, hər iki dövlət bir-birinin sərhədlərinə hörmətlə yanaşmalı, sərhəddə atəşkəsin bərpa edilməsinə təminat verməlidir”.



Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb. Daha sonra dövlətimizin başçısı Laçın şəhərinin mərkəzi küçəsində ermənilərin törətdikləri dağıntılara baxıb, şəhərin ərazisini seyr edib.
Oxunub: 37



XƏBƏR LENTİ
Polis rəisi Mafiya dəstəsinin cinayətlərinə nədən göz yumur?-Cənab nazir, Masallı təcili nəzarətə götrülməlidir,sakinlərin təhlükəsizliyi təhlükə altındadır!
Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunda keçirildi
Sənan Əhmədova şəhid ailəsi statusu verilməsi barədə ARAYIŞLA bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Tibb xidməti polkovniki: “Yaralıya dedik, ayaq üstə dura bilmirsən, dedi, sürünərək gedərəm” - MÜSAHİBƏ + FOTO
Hər bir azərbaycanlı fəxr edir ki,bu torpağın övladıdır.
Pensiyalarla bağlı nələr dəyişəcək - Detallar AÇIQLANDI
DİN-dən Bakıda küçədə gecələyən iki uşaqla bağlı AÇIQLAMA.
Hikmət Hacıyevin Qriqoryanla görüşündə "Xarıbülbül" diqqət çəkdi
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi 28.09.2022
Goranboy Mədəniyyət Mərkəzində Üç Rəngli Bayrağımız Ayaq Altına Sərildi – FOTOFAKT
Sumqayıtda şəhidlərimiz anıldı – FOTO
Laçınlılar 27 Sentyabr - Anım Gününü mütəşəkkilliklə yad etdilər
Şəhidlərin tələbə övladlarına 2 min manat verildi - FOTOLAR
Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 4-cü məhəllə ərazisində keçirib
“Prezident İlham Əliyev daim xalqın iradəsini və ölkəsinin maraqlarını uca tutur.”
100 yeni təcili tibbi yardım avtomobili alınacaq
“Anım Günü” ilə bağlı silsilə tədbirlər keçiriləcək
27 Sentyabr Anım Günüdür