XEBERNUR.info
 Valyuta məzənnəsi

“Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır

Oxunub: 84 Tarix:16-08-2022, 11:21

“Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır
“Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr və bu proses artıq başlayır, o qədər də hamımız üçün yaxşı olar” – avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının İsmayıllı rayonuna səfəri zamanı Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsi zamanı bu fikirləri söyləmişdir. Cənab Prezident müsahibəsində Azərbaycan ərazisində yaşayan ermənilərin statusundan danışarkən qeyd etmişdir ki, Azərbaycan ərazisində yaşayan ermənilərin heç bir əlavə statusu olmayacaqdır və onlar ölkəmizdə yaşayan digər azsaylı xalqlar kimi bütün hüquqlara malik olacaq və onların təhlükəsizliyi Azərbaycan dövləti tərəfindən təmin ediləcəkdir. Ölkə başçısının müsahibəsində vurğuladığı önəmli məqamlardan biri isə Ermənistan hakimiyyətinin Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirməsidir. Bütün bunların fonunda bölgədə yaranmış yeni geosiyasi vəziyyət nəticəsində Azərbaycan dövləti öz təsir imkanlarını daha da genişləndirməkdədir.
Qeyd etməliyik ki, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Hazırda digər azsaylı xalqlar kimi ermənilərin də Azərbaycanda yaşamasına dair heç bir problem yoxdur. Bu gün Azərbaycanda bütün xalqların nümayəndələri rahat yaşayır, onların hüquqları və təhlükəsizliyi dövlət tərəfindən hərtərəfli təmin edilir. Məhz bunun nəticəsidir ki, heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik və ya hansısa qarşıdurma baş verməmişdir. Ona görə Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir.
Tarix boyu Azərbaycan ərazisi müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkə olmuşdur. Məhz Azərbaycan xalqına xas olan humanizm dəyərləri ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında mühüm rol oynamışdır. Uzun illər keçməsinə baxmayaraq Azərbaycan xalqı öz humanist mövqeyini qoruyub saxlamış və atalarımızdan əmanət qalan ənənəni bu gün də davam etdirirlər. Tarixən unikal çoxmillətli ölkə olan Azərbaycan etnik rəngarəngliyi və tolerantlığı ilə tanınıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin də qeyd etdiyi kimi “Azərbaycan ərazisində müxtəlif xalqların yaşaması bizim ən böyük sərvətimizdir”.
Cənab Prezidentin dəfələrlə qeyd etdiyi kimi Azərbaycan ərazisində yaşayan erməni vətəndaşlarımız da birdəfəlik anlamalıdırlar ki, onların vətəni Azərbaycandır. Azərbaycan dövləti ərazisində yaşayan digər xalqlar kimi ermənilərin də rahat və azad şəkildə yaşamalarını təmin etmək üçün bütün lazımi tədbirləri həyata keçirir və bu siyasət dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil etməkdədir.
Dövlətimizin başçısının bu istiqamətdə etdiyi bütün çıxışların və verdiyi bəyanatların nəticəsi olaraq deyə bilərik ki, zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə malik olan Azərbaycan ərazisində yaşayan bütün etnik qruplara malik olan vətəndaşlara hörmətlə yanaşılır və onların azadlığı təmin edilir və siyasət bundan sonra da davam etdiriləcəkdir.
Rəşad Rəhmanov – Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru.
Oxunub: 84



XƏBƏR LENTİ
Polis rəisi Mafiya dəstəsinin cinayətlərinə nədən göz yumur?-Cənab nazir, Masallı təcili nəzarətə götrülməlidir,sakinlərin təhlükəsizliyi təhlükə altındadır!
Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunda keçirildi
Sənan Əhmədova şəhid ailəsi statusu verilməsi barədə ARAYIŞLA bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Tibb xidməti polkovniki: “Yaralıya dedik, ayaq üstə dura bilmirsən, dedi, sürünərək gedərəm” - MÜSAHİBƏ + FOTO
Hər bir azərbaycanlı fəxr edir ki,bu torpağın övladıdır.
Pensiyalarla bağlı nələr dəyişəcək - Detallar AÇIQLANDI
DİN-dən Bakıda küçədə gecələyən iki uşaqla bağlı AÇIQLAMA.
Hikmət Hacıyevin Qriqoryanla görüşündə "Xarıbülbül" diqqət çəkdi
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi 28.09.2022
Goranboy Mədəniyyət Mərkəzində Üç Rəngli Bayrağımız Ayaq Altına Sərildi – FOTOFAKT
Sumqayıtda şəhidlərimiz anıldı – FOTO
Laçınlılar 27 Sentyabr - Anım Gününü mütəşəkkilliklə yad etdilər
Şəhidlərin tələbə övladlarına 2 min manat verildi - FOTOLAR
Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 4-cü məhəllə ərazisində keçirib
“Prezident İlham Əliyev daim xalqın iradəsini və ölkəsinin maraqlarını uca tutur.”
100 yeni təcili tibbi yardım avtomobili alınacaq
“Anım Günü” ilə bağlı silsilə tədbirlər keçiriləcək
27 Sentyabr Anım Günüdür