XEBERNUR.info
 Valyuta məzənnəsi

Ərzaq təhlükəsizliyini möhkəmləndirmək üçün kompleks tədbirlər görülür

Oxunub: 44 Tarix:16-08-2022, 08:53

Ərzaq təhlükəsizliyini möhkəmləndirmək üçün kompleks tədbirlər görülür
Məlum olduğu kimi ölkə Prezidenti cənab İlham Əliyevin 12 avqust tarixində İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsi və müsahibə zamanı söylədiyi fikirlər böyük əhəmiyyət kəsb edir. Prezident cənab İlham Əliyev müsahibə zamanı regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası məsələlərinə toxunaraq Ağsu və İsmayıllı rayonlarında infrastruktur layihələrinin əsas hissəsi başa çatmışdır, eyni zamanda qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilmişdir.

Qeyd etmək lazımdır ki, ərzaq təhlükəsizliyi Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin strateji prioritetləri sırasındadır. Ümumiyyətlə, dünya əhalisinin sürətlə artdığı, təbii ehtiyatların tükəndiyi bir şəraitdə ərzaq təhlükəsizliyi məsələsi daha kəskin şəkildə özünü biruzə verir. Bu problemin həlli, ilk növbədə, yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlıdır. Hazırda ölkəmizdə iqtisadi sabitliyin qorunub saxlanması, kənd təssərrüfatının inkişafı uğurla həyata keçirilməkdədir.Bu gün dövlətimiz tərəfindən ərzaq təhlükəsizliyinə bilavasitə aidiyyatı olan ayrı-ayrı sahələrdə kompleks tədbirlər görülür və bu istiqamətdə uğurlu nəticələr əldə olunmaqdadır.

Ölkəmizdə ərzaq məhsullarının istehsalının artırılması, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi əsas prioritet istiqamətlərdən biridir.

Xüsusi ilə qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərimizdə kənt təsərrüfatının inkişafı istiqamətində də mühüm addımlar atılmaqdadır. Belə ki, ölkə Prezidenti cənab İlham Əliyevin xüsusi tapşırığı əsasında işğaldan azad olunmuş ərazilərimizdə taxılçılığın, bağ təsərrüfatının və heyvandarlığın inkişaf etdirilməsi üçün böyük layihələr uğurla icra olunmaqdadır.

Bildirmək istərdim ki, işğaldan azad olunmuş Ağdam rayonunda da kənd təsərrüfatının inkişafı istiqamətində tədbirlər bu gün də uğurla davam etdirilməkdədir. Ağdam rayonunun böyük aqrar potensialı var. Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində yeni aqrar islahatların aparılması, taxılçılığın və pambıqçılığın inkişafı gələcəkdə öz müsbət töhfələrini verəcəkdir.

Bu gün Azərbaycan bölgədə və regionda öz sosial-iqtisadi dinamik inkişafı ilə fərqlənən, böyük iqtisadi potensiala malik olan nüfuzlu bir dövlətdir.

Mansur Quliyev,
YAP Ağdam rayon təşkilatının sədri
Oxunub: 44



XƏBƏR LENTİ
Polis rəisi Mafiya dəstəsinin cinayətlərinə nədən göz yumur?-Cənab nazir, Masallı təcili nəzarətə götrülməlidir,sakinlərin təhlükəsizliyi təhlükə altındadır!
Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunda keçirildi
Sənan Əhmədova şəhid ailəsi statusu verilməsi barədə ARAYIŞLA bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Tibb xidməti polkovniki: “Yaralıya dedik, ayaq üstə dura bilmirsən, dedi, sürünərək gedərəm” - MÜSAHİBƏ + FOTO
Hər bir azərbaycanlı fəxr edir ki,bu torpağın övladıdır.
Pensiyalarla bağlı nələr dəyişəcək - Detallar AÇIQLANDI
DİN-dən Bakıda küçədə gecələyən iki uşaqla bağlı AÇIQLAMA.
Hikmət Hacıyevin Qriqoryanla görüşündə "Xarıbülbül" diqqət çəkdi
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi 28.09.2022
Goranboy Mədəniyyət Mərkəzində Üç Rəngli Bayrağımız Ayaq Altına Sərildi – FOTOFAKT
Sumqayıtda şəhidlərimiz anıldı – FOTO
Laçınlılar 27 Sentyabr - Anım Gününü mütəşəkkilliklə yad etdilər
Şəhidlərin tələbə övladlarına 2 min manat verildi - FOTOLAR
Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 4-cü məhəllə ərazisində keçirib
“Prezident İlham Əliyev daim xalqın iradəsini və ölkəsinin maraqlarını uca tutur.”
100 yeni təcili tibbi yardım avtomobili alınacaq
“Anım Günü” ilə bağlı silsilə tədbirlər keçiriləcək
27 Sentyabr Anım Günüdür