XEBERNUR.info
 Valyuta məzənnəsi

Zabux və Laçın sakinləri ilə görüş keçirildi

Oxunub: 140 Tarix:15-08-2022, 19:46

Zabux və Laçın sakinləri ilə görüş keçirildi
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Laçın rayonunun Zabux və Sus kəndlərinin bir qrup sakini ilə görüş keçirilib.



Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



Görüş iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsini misilsiz tarixi hadisə kimi dəyərləndirərək, qazanılan Qələbənin keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışına imkan yaratdığını bir daha dərin minnətdarlıq hissi ilə vurğulayıblar. Qeyd olunub ki, Ermənistanın döyüşsüz təhvil verməyə məcbur olduğu Laçın rayonunda, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazidə qanunsuz məskunlaşdırılmış ermənilərin hazırda oradan köçürülməsi 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanat çərçivəsində həyata keçirilir. Bildirilib ki, bununla əlaqədar olaraq dövlətimizin başçısı otuz ilə yaxındır məcburi köçkün vəziyyətində yaşayan Laçın şəhəri, Zabux və Sus kəndləri sakinlərinin qayıdışa hazırlanması barədə tapşırıq verib.Ötən müddət ərzində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən razı qaldıqlarını deyən görüş iştirakçıları onlara göstərilən diqqət və qayğıya, indi isə doğma yurda qayıdışa hazırlığın başlanmasına görə Prezident İlham Əliyevə, hər zaman böyük dəstəyinə güvəndikləri Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini ifadə ediblər.



Komitə sədri dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurda qayıdışının başlanması üçün verdiyi tapşırıqların icra vəziyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, komitənin struktur bölmələri Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdışın təşkili ilə bağlı müəyyənləşdirilmiş tədbirlərin icrası ilə məşğuldurlar. Qeyd olunub ki, doğma yurda qayıdacaq sakinlərin sayının dəqiqləşdirilməsi, məşğulluq imkanlarının qiymətləndirilməsi, arzu, istək və tələblərinin müəyyənləşdirilməsi üçün sorğular aparılır, köçürülmənin səmərəli təşkili üçün zəruri tədbirlər həyata keçirilir.



Səmimi qəbula görə minnətdarlıq edən Zabux və Sus kəndinin sakinləri uzun illər həsrətini çəkdikləri doğma yurda qayıdıb, firavan günlər yaşayacaqlarına, o yerləri yenidən dirçəldəcəklərinə əmin olduqlarını bildiriblər.



Xatırladaq ki, Prezident İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibədə verib. Ölkə başçısı bildirib: “Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq Dövlətqaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq”.
Oxunub: 140



XƏBƏR LENTİ
Polis rəisi Mafiya dəstəsinin cinayətlərinə nədən göz yumur?-Cənab nazir, Masallı təcili nəzarətə götrülməlidir,sakinlərin təhlükəsizliyi təhlükə altındadır!
Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunda keçirildi
Sənan Əhmədova şəhid ailəsi statusu verilməsi barədə ARAYIŞLA bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Tibb xidməti polkovniki: “Yaralıya dedik, ayaq üstə dura bilmirsən, dedi, sürünərək gedərəm” - MÜSAHİBƏ + FOTO
Hər bir azərbaycanlı fəxr edir ki,bu torpağın övladıdır.
Pensiyalarla bağlı nələr dəyişəcək - Detallar AÇIQLANDI
DİN-dən Bakıda küçədə gecələyən iki uşaqla bağlı AÇIQLAMA.
Hikmət Hacıyevin Qriqoryanla görüşündə "Xarıbülbül" diqqət çəkdi
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi 28.09.2022
Goranboy Mədəniyyət Mərkəzində Üç Rəngli Bayrağımız Ayaq Altına Sərildi – FOTOFAKT
Sumqayıtda şəhidlərimiz anıldı – FOTO
Laçınlılar 27 Sentyabr - Anım Gününü mütəşəkkilliklə yad etdilər
Şəhidlərin tələbə övladlarına 2 min manat verildi - FOTOLAR
Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 4-cü məhəllə ərazisində keçirib
“Prezident İlham Əliyev daim xalqın iradəsini və ölkəsinin maraqlarını uca tutur.”
100 yeni təcili tibbi yardım avtomobili alınacaq
“Anım Günü” ilə bağlı silsilə tədbirlər keçiriləcək
27 Sentyabr Anım Günüdür