XEBERNUR.info
 Valyuta məzənnəsi

Rusca danışdığı üçün döyüldüyünü iddia edən gənclə bağlı - DİN-dən AÇIQLAMA - YENİLƏNİB

Oxunub: 64 Tarix:13-08-2022, 09:47

Rusca danışdığı üçün döyüldüyünü iddia edən gənclə bağlı - DİN-dən AÇIQLAMA - YENİLƏNİBBakıda rus dilində danışdığı üçün döyüldüyünü iddia edən gəncin müraciəti əsasında araşdırma aparılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev "Qafqazinfo"ya bildirib ki, Ramana qəsəbə sakini, 18 yaşlı R.H-nin müraciəti polis tərəfindən araşdırılıb. O qeyd edib ki, tərəflər arasında olan mübahisə rus dilində olan danışıqla əlaqəli deyil:

"Mübahisə şəxsi münasibətlərin pozulması zəminində baş verib. Daxil olan müraciət üzrə müvafiq polis bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".

Qeyd edək ki, sosial şəbəkələrdə R.H. telefonda anası ilə rusca danışarkən bir nəfərin bıçaqla ona hücum etdiyini bildirib və fotolarını paylaşıb.

"18 yaşım var. Dünən həyatımın şokunu yaşadım. Anamla telefonda rus dilində danışırdım. Bir də gördüm bir kişi məni təhqir edərək, üstümə hücum çəkdi. Əlində bıçaq var idi. Bıçağın arxası ilə üzümə vurmağa başladı. Qollarıma, kürəyimə vururdu. Təhqir edirdi ki, rus dilində danışıram".

Publika.az xəbər verir ki, bu açıqlamanı Ramana sakini Riad Hüseynəliyev edib.

O, bildirib ki, hələ də başından aldığı zərbələrin təsirindən ayaq üstə rahat dayana bilmir:

"Polis çağırdım. Polis özü baş verən hadisədən şok içində idi. Bu gün ekspertizaya getdim. Üzümdə, bədənimdə hemotomalar var. Üzüm şiş içindədir. Əminəm ki, Azərbaycan polisi bu işi lazımi dərəcədə araşdıracaq və günahkar layiqli cəzasını alacaq. Biz hansı dövrdə yaşayırıq ki, kimisə rus dilində danışdığı üçün döysünlər?!".

Oxunub: 64



XƏBƏR LENTİ
Polis rəisi Mafiya dəstəsinin cinayətlərinə nədən göz yumur?-Cənab nazir, Masallı təcili nəzarətə götrülməlidir,sakinlərin təhlükəsizliyi təhlükə altındadır!
Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunda keçirildi
Sənan Əhmədova şəhid ailəsi statusu verilməsi barədə ARAYIŞLA bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Tibb xidməti polkovniki: “Yaralıya dedik, ayaq üstə dura bilmirsən, dedi, sürünərək gedərəm” - MÜSAHİBƏ + FOTO
Hər bir azərbaycanlı fəxr edir ki,bu torpağın övladıdır.
Pensiyalarla bağlı nələr dəyişəcək - Detallar AÇIQLANDI
DİN-dən Bakıda küçədə gecələyən iki uşaqla bağlı AÇIQLAMA.
Hikmət Hacıyevin Qriqoryanla görüşündə "Xarıbülbül" diqqət çəkdi
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi 28.09.2022
Goranboy Mədəniyyət Mərkəzində Üç Rəngli Bayrağımız Ayaq Altına Sərildi – FOTOFAKT
Sumqayıtda şəhidlərimiz anıldı – FOTO
Laçınlılar 27 Sentyabr - Anım Gününü mütəşəkkilliklə yad etdilər
Şəhidlərin tələbə övladlarına 2 min manat verildi - FOTOLAR
Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 4-cü məhəllə ərazisində keçirib
“Prezident İlham Əliyev daim xalqın iradəsini və ölkəsinin maraqlarını uca tutur.”
100 yeni təcili tibbi yardım avtomobili alınacaq
“Anım Günü” ilə bağlı silsilə tədbirlər keçiriləcək
27 Sentyabr Anım Günüdür