XEBERNUR.info
 Valyuta məzənnəsi

YAP-ın İdarə Heyəti toplandı

Oxunub: 77 Tarix:11-08-2022, 18:24

YAP-ın İdarə Heyəti toplandı
Avqustun 11-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında genişləndirilmiş iclası keçirilib.


Dovletinfo.az xəbər verir ki, iclasda partiyanın Təftiş Komissiyasının, Veteranlar Şurasının, Gənclər Birliyinin və yerli təşkilatlarının sədrləri, YAP Mərkəzi Aparatının məsul əməkdaşları və “Yeni Azərbaycan” qəzetinin baş redaktoru iştirak edib.


İclasın müzakirəsinə Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi ilə əlaqədar Tədbirlər planı və partiyanın fəaliyyəti ilə bağlı cari məsələlər çıxarılıb.


YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının 30 il ərzində zəngin və şərəfli inkişaf yolu keçdiyini, möhtəşəm nailiyyətlər qazandığını diqqətə çatdırıb. Yüksək nüfuza malik olan YAP-ın qalib xalqımızın Zəfər partiyası olduğunu və sıralarının ildən-ilə genişləndiyini bildirən Tahir Budaqov yubiley çərçivəsində həyata keçiriləcək tədbirlərin Heydər Əliyev irsinin, Prezident İlham Əliyevin siyasətinin, partiyanın 30 illik inkişaf yolunun öyrənilməsi və təbliği baxımından əhəmiyyətli olduğunu deyib.


YAP Sədrinin müavini partiyanın Tədbirlər planında əks olunmuş məsələlərlə bağlı geniş məlumat verib.


Sonra YAP İdarə Heyətinin üzvləri Elmar Qasımov, Asif Əsgərov, Bayram Aslanov, Musa Quliyev və Hikmət Məmmədov Tədbirlər planının yüksək səviyyədə hazırlandığını və partiyanın 30 illiyinin qeyd edilməsi ilə əlaqədar bütün zəruri məsələlərin nəzərə alındığını vurğulayıblar.


Tədbirlər Planı yekdilliklə təsdiq edilib.


Sonra iclasda digər məsələlərə baxılıb.


YAP İdarə Heyətinin üzvləri Tahir Mirkişili, Elmar Qasımov, Cavid Osmanov, Bahar Muradova, Ramiz Hüseynov, Elnur Sadıqov və “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev cari məsələlərlə əlaqədar çıxış ediblər.


Müzakirəyə çıxarılan hər bir məsələ ilə bağlı müvafiq qərar qəbul olunub.
YAP-ın İdarə Heyəti toplandı
Oxunub: 77



XƏBƏR LENTİ
Polis rəisi Mafiya dəstəsinin cinayətlərinə nədən göz yumur?-Cənab nazir, Masallı təcili nəzarətə götrülməlidir,sakinlərin təhlükəsizliyi təhlükə altındadır!
Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunda keçirildi
Sənan Əhmədova şəhid ailəsi statusu verilməsi barədə ARAYIŞLA bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Tibb xidməti polkovniki: “Yaralıya dedik, ayaq üstə dura bilmirsən, dedi, sürünərək gedərəm” - MÜSAHİBƏ + FOTO
Hər bir azərbaycanlı fəxr edir ki,bu torpağın övladıdır.
Pensiyalarla bağlı nələr dəyişəcək - Detallar AÇIQLANDI
DİN-dən Bakıda küçədə gecələyən iki uşaqla bağlı AÇIQLAMA.
Hikmət Hacıyevin Qriqoryanla görüşündə "Xarıbülbül" diqqət çəkdi
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi 28.09.2022
Goranboy Mədəniyyət Mərkəzində Üç Rəngli Bayrağımız Ayaq Altına Sərildi – FOTOFAKT
Sumqayıtda şəhidlərimiz anıldı – FOTO
Laçınlılar 27 Sentyabr - Anım Gününü mütəşəkkilliklə yad etdilər
Şəhidlərin tələbə övladlarına 2 min manat verildi - FOTOLAR
Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 4-cü məhəllə ərazisində keçirib
“Prezident İlham Əliyev daim xalqın iradəsini və ölkəsinin maraqlarını uca tutur.”
100 yeni təcili tibbi yardım avtomobili alınacaq
“Anım Günü” ilə bağlı silsilə tədbirlər keçiriləcək
27 Sentyabr Anım Günüdür