XEBERNUR.info
 Valyuta məzənnəsi

Ağalıda yaşayış üçün bütün infrastruktur tam hazırdır

Oxunub: 135 Tarix:19-07-2022, 09:45

Ağalıda yaşayış üçün bütün infrastruktur tam hazırdır
Bu gün Zəngilanda, həmçinin 58 nəfərin köçürüldüyü Ağalı kəndində məşğulluqla bağlı heç bir problem yoxdur.



Dovletinfo.az xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev jurnalistlərə açıqlamasında bildirib.



V.Hacıyev deyib ki, bütün infrastruktur tam hazırdır:



"Kənddə 360 şagird yerlik müasir məktəb tikilib. Təhsil ocağı bütün zəruri ləvazimatlarla təchiz olunub. 60 nəfərlik uşaq bağçası istifadəyə hazırdır. Kənddə kifayət qədər iş yerləri fəaliyyət göstərir"ş



"Ağalı kəndi üzrə 1457 sakin qeydiyyatdadır ki, onlardan da 1357 nəfəri kənddə yaşamaq niyyətini bildirib. Bu gün 58 nəfərdən ibarət 10 ailə Ağalıya köçürülür. Növbəti 5 gün ərzində ümumilikdə 201 nəfər Ağalı kəndinə köçürüləcək", - deyə Prezidentinin xüsusi nümayəndəsi bildirib.
Oxunub: 135



XƏBƏR LENTİ