XEBERNUR.info
 Valyuta məzənnəsi

“Dövlət Qulluğu Məcəlləsi”nin layihəsi hazırlanıb

Oxunub: 51 Tarix:23-06-2022, 08:53

“Dövlət Qulluğu Məcəlləsi”nin layihəsi hazırlanıb
Dövlət qulluğunda hüquqi tənzimləmənin təkmilləşdirilməsi məqsədilə “Dövlət Qulluğu Məcəlləsi”nin layihəsi hazırlanıb.



Dovletinfo.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “Xalq” qəzetində dərc olunmuş məqaləsində bildirib.



M.Abbaszadə qeyd edib ki, məcəllə layihəsi təkliflərin təqdim edilməsi üçün mərkəzi icra hakimiyyəti orqanlarına, habelə Milli Məclisə, Hesablama Palatasına, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməsinə, Apellyasiya məhkəmələrinə, Baş Prokurorluğa, İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatına, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edilib. Həmin qurumlardan təqdim olunan təkliflər öyrənilib, yenidən işlənilib və Nazirlər Kabinetinə təqdim edilib:



“Məcəllə” layihəsində dövlət qulluğu münasibətlərini tənzimləyən müxtəlif normativ hüquqi aktlar sistemləşdirilərək yenidən işlənib və beynəlxalq təcrübə nəzərə alınaraq, yeni müddəalar həmin məcəllə layihəsinə əlavə edilib. Məcəllə layihəsinə dair beynəlxalq ekspertlərin rəyi nəzərə alınıb.“Məcəllə” layihəsi 7 bölmə, 26 fəsil, 147 maddədən ibarətdir. Layihədə dövlət qulluğu münasibətlərini tənzimləyən bir çox yeni müddəalar öz əksini tapıb. Belə ki, dövlət qulluğuna dair əsas anlayışlar, vahid dövlət qulluğu sistemi, dövlət qulluğunun prinsipləri, ixtisas dərəcəsinin verilməsi, dövlət qulluğuna qəbul, səriştə sisteminin tətbiqi, dövlət qulluğu vəzifələlərinin tutulmasının ümumi şərtləri, xidməti fəaliyyətin qiymətləndirilməsi, qiymətləndirilmə nəticəsində tətbiq edilən tədbirlər, intizam tənbehi tədbirlərinin tətbiqinə əsaslar, dövlət qulluqçusunun maddi məsulliyyəti, həvəsləndirmə növləri və formaları, dövlət qulluğundan kənar edilmə halları və qaydaları, onun rəsmiləşdirilməsi təkmilləşdirilib.



Bununla yanaşı, ehtiyat kadrların idarə edilməsi, ehtiyat kadrlar siyahısından çıxarılma, dövlət qulluğuna xitam verilmə əsasları və qaydaları, dövlət qulluğuna xitam verilərkən təminatlar, dövlət qulluqçusunun pensiya təminatı, dövlət qulluqçusu ilə bağlanılan əmək müqavilələrinin və əmrlərin sənədləşdirilməsinin uçotu qaydaları, dövlət qulluqçusunun qulluq şəraiti, dövlət qulluqçusunun əlavə təhsili, dövlət qulluğunda etik qaydalar, həmin qaydalara nəzarət, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət və s. məsələlər yenidən işlənilib. Həmin məsələləri tənzimləyən yeni müddəalar da yaradılıb, mövcud normalar təhlil edilərək daha da təkmilləşdirilib”.
Oxunub: 51



XƏBƏR LENTİ
İlqar Atabəylinin hüquqları pozulur – Həbs edilən jurnalistlə bağlı aksiya keçiriləcək
Vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi - bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi
İmzalanmış siyasi Bəyannamə mahiyyət etibarilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır.
SON DƏQİQƏ! Gənclər və İdman İdarəsinin rəisi SAXLANILDI
Zaur Kamal müğənnini efirdən qovdu - "Kişilikdən deyil..." FOTO
Şəhid anasını bu vədlə aldadıb 11 min manat ALIB - FOTOFAKT
"Külək" MMC məhkəməyə verildi - Yasamal Rayon İcra hakimiyyətinin adı hallanır
İlham Əliyev Aşqabadda Putinlə görüşdü
Quruculuq mərkəzinə çevrilən Qarabağ
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi
Ombudsmanın maaşının artırılmasına QƏRAR VERİLDİ
Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir.
İlham Əliyev bu gün Aşqabada gedir
Kəlbəcər belə qurulacaq - VİDEO
Bakıda məktəb YANIR
Şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədilir - Azərbaycan məktəbində biabırçılıq - VİDEO
Təhsil naziri: "Bəzi müəllimlərin direktor olmasını istəmirik"
İlham Əliyevdən Alla Vəzirova ilə bağlı SƏRƏNCAM
Hacı Mazan yenidən qalmaqal yaratdı - Məhkəməyə verilir - FOTO