XEBERNUR.info
 Valyuta məzənnəsi

Laçın Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib

Oxunub: 55 Tarix:22-06-2022, 19:01

Laçın Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib
2022-ci il 22 İyun tarixdə Laçın Rayon İcra Hakimiyyətində 23 İyun - Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş nitqi ilə açan Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli 23 iyun - Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə bütün dövlət qulluqçularını təbrik edərək hər birinə bu şərəfli işlərində uğurlar arzuladı. Natiq qeyd etdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə hər il iyunun 23-ü Azərbaycanda Dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd edilir.

Sərəncama görə, dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu nəzərə alaraq, eləcə də BMT-nin 23 iyun tarixini “Dövlət qulluqçularının peşə bayramı günü” elan etməsi faktı ilə əlaqədar bu tarixin Azərbaycanda da Dövlət qulluqçularının peşə bayramı günü kimi keçirilməsi qərara alınıb. Xüsusilə qeyd olunub ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1995-ci ildə qəbul olunan Konstitusiya ölkəmizdə dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit edir. Ölkəmizdə Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” Qanundur. Bu Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.

Minnətdarlıqla qeyd olunmuşdur ki, bu gün də dövlət qulluğu sahəsində islahatların aparılması, dövlət qulluqçularının sosial rifahının yaxşılaşdırılması Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daim diqqətindədir. Daha sonra mövzu ətrafında çıxış edənlər dövlətə, vətənə xidmət işində hər bir dövlət qulluqçusuna ən ideal örnəyin möhtərəm Prezidentimiz cənab İlham Əliyev olduğunu qeyd etdilər.
44 Günlük Vətənmüharibəsində torpaqlarımızın işğaldan azad edilməsinin və möhtəşəm Zəfərin dövlət qulluqçularının peşə bayramlarına xüsusi sevinc gətirərək, unudulmaz etdiyini bildirən rayon rəhbəri Türkiyə ilə qardaşlığımıza, bəzi dövlətlərin qısqanclıqla yanaşmasına baxmayaraq, Azərbaycanın doğru yolda olduğunu, cənab İlham Əliyevin müdrik siyasəti ilə ölkəmizi daha böyük uğurlar gözlədiyini inam hissilə vurğulayaraq, bir daha əlamətdar gün münasibətilə dövlət qulluqçularına xoş arzu və təbriklərini bildirdi. Tədbirin sonunda bir qrup dövlət qulluqçusu qiymətli hədiyə ilə təltif olundu. Tədbir iştirakçıları dövlət qulluqçularına göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını və təşəkkürlərini bildirdilər.
Laçın Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib
Laçın Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib
Laçın Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib
Laçın Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib
Laçın Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib
Oxunub: 55



XƏBƏR LENTİ
İlqar Atabəylinin hüquqları pozulur – Həbs edilən jurnalistlə bağlı aksiya keçiriləcək
Vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi - bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi
İmzalanmış siyasi Bəyannamə mahiyyət etibarilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır.
SON DƏQİQƏ! Gənclər və İdman İdarəsinin rəisi SAXLANILDI
Zaur Kamal müğənnini efirdən qovdu - "Kişilikdən deyil..." FOTO
Şəhid anasını bu vədlə aldadıb 11 min manat ALIB - FOTOFAKT
"Külək" MMC məhkəməyə verildi - Yasamal Rayon İcra hakimiyyətinin adı hallanır
İlham Əliyev Aşqabadda Putinlə görüşdü
Quruculuq mərkəzinə çevrilən Qarabağ
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi
Ombudsmanın maaşının artırılmasına QƏRAR VERİLDİ
Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir.
İlham Əliyev bu gün Aşqabada gedir
Kəlbəcər belə qurulacaq - VİDEO
Bakıda məktəb YANIR
Şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədilir - Azərbaycan məktəbində biabırçılıq - VİDEO
Təhsil naziri: "Bəzi müəllimlərin direktor olmasını istəmirik"
İlham Əliyevdən Alla Vəzirova ilə bağlı SƏRƏNCAM
Hacı Mazan yenidən qalmaqal yaratdı - Məhkəməyə verilir - FOTO