XEBERNUR.info
 Valyuta məzənnəsi

Zəfər tarixinin qəhrəmanları ilə möhtəşəm görüş

Oxunub: 70 Tarix:19-06-2022, 10:51

Zəfər tarixinin qəhrəmanları ilə möhtəşəm görüş

44 günlük zəfər tarixini yazan Laçın rayonunun Minkəndli qəhrəmanları ilə möhtəşəm görüş baş tutdu. 41 nəfər Minkənd kəndinin sakinlərindən 44 günlük Vətən Müharibəsində iştirak edən döyüşçülərdən 29 nəfəri Prezident İlham Əliyevin sərəncamı ilə medallarla təltif olunmuşdur.
Müəllifi olduğum “Zəfər Tarixinin Qəhrəmanları” kitabını da tədbirdə qəhrəmanlara təqdim elədik. Xatırladım ki, “Zəfər Tarixinin Qəhrəmanları” kitabında görüşünə gəldiyimiz hər bir qəhrəman haqqında geniş məqalə vardır. Həmçinin kitabda Minkənddən olan birinci Qarabağ savaşında şəhid olmuş 17 nəfər və həmin illər qızğın döyüşlərdə şücaət göstərmiş 43 nəfər döyüşçü, Laçının ermənilər tərəfindən vandalizmə məruz qalmış tarixi abidələr haqqında yazılar yer almaqdadır.



Tədbiri kəndimizin ziyalısı, uzun illər ŞƏHİD Bayram Məmmədov adına orta məktəbin direktoru və Minkənd icra nümayəndəliyinə rəhbərlik eləmiş Əsəd İsmayılov açaraq, şəhidlərimizin ruhuna ehtiramla 1 dəqiqəlik sükut elan elədi. Tədbirdə çıxış edən Millət vəkili Mahir Abbas Qarabağda aparılan quruculuq işlərindən söz açaraq, böyük qayıdışın tezliklə baş tutacağını əminliklə ifadə etdi. Qazilərimizlə qürur duyduğunu , onlarla görüşdən məmnun olduğunu bildirdi. Laçın YAP-ın sədri İlqar İyasov da tədbirdə çıxış edərək bir daha torpaqlarımızı işğaldan azad edən döyüşçülərə Laçın raton YAP kollektivi adından təşəkkürünü bildirdi. Tədbirdə Səfər Səfərov, tarix elmləri doktoru Ələmdar Şahverdiyev, . ŞƏHİD Bayram Məmmədov adına Minkənd tam orta məktəbinin direktoru İlqar Şahverdiyev, Fəxrəddin Əliyev, Abdulla Səfərov, Yusif Əliyev, Varaşil Məmmədov, Vidadi Şahsuvarov və seyid Mirələm çıxış etdilər. Bu tədbirdə qazilərimizin ataları Xanoğlan, Əfəndi, Seyfəddin, Cəmil, Allahverdi, şəhid İsrafil Hübbətovun oğlu Vasif, Nəsir də ürək sözlərini söylədilər. Əliabbas müllimin kövrək çıxışı xüsusi ilə yaddaqalan oldu. İş adamı Hafiz Rüstəmov əsgərlərimizlə qürur duyduğunu ifadə etdi.
Tədbirdə çıxış edən Yasamal rayon YAP-ın sədr müavini, “İnsan Hüquqları Müdafiəsi və Ekologiyanın Qorunması” mərkəzinin adında mərkəzin sədri Elşən Ağayev, Millət Vəkili Mahir Abbas və Minkənd ziyalıları fəxri fərmanları qazilərə təqdim elədilər.
Görüşün sonunda Minkənd kəndinin ziyalıları qazilərlə xatirə şəkili çəkdirdi. Bu görüşdə hər kəs qürurlu idi. Torpağı vətən edənlərlə bir arada olmadan şərəf duyduq.
Subut Mehdiyev
Zəfər tarixinin qəhrəmanları ilə möhtəşəm görüş
Zəfər tarixinin qəhrəmanları ilə möhtəşəm görüş
Zəfər tarixinin qəhrəmanları ilə möhtəşəm görüş
Oxunub: 70



XƏBƏR LENTİ
İlqar Atabəylinin hüquqları pozulur – Həbs edilən jurnalistlə bağlı aksiya keçiriləcək
Vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi - bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi
İmzalanmış siyasi Bəyannamə mahiyyət etibarilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır.
SON DƏQİQƏ! Gənclər və İdman İdarəsinin rəisi SAXLANILDI
Zaur Kamal müğənnini efirdən qovdu - "Kişilikdən deyil..." FOTO
Şəhid anasını bu vədlə aldadıb 11 min manat ALIB - FOTOFAKT
"Külək" MMC məhkəməyə verildi - Yasamal Rayon İcra hakimiyyətinin adı hallanır
İlham Əliyev Aşqabadda Putinlə görüşdü
Quruculuq mərkəzinə çevrilən Qarabağ
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi
Ombudsmanın maaşının artırılmasına QƏRAR VERİLDİ
Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir.
İlham Əliyev bu gün Aşqabada gedir
Kəlbəcər belə qurulacaq - VİDEO
Bakıda məktəb YANIR
Şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədilir - Azərbaycan məktəbində biabırçılıq - VİDEO
Təhsil naziri: "Bəzi müəllimlərin direktor olmasını istəmirik"
İlham Əliyevdən Alla Vəzirova ilə bağlı SƏRƏNCAM
Hacı Mazan yenidən qalmaqal yaratdı - Məhkəməyə verilir - FOTO