XEBERNUR.info
 Valyuta məzənnəsi

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu keçirilmişdir

Oxunub: 114 Tarix:18-06-2022, 05:44

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu keçirilmişdir
2022-ci il 17 iyun tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Bakı şəhəri Qaradağ rayonunda müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir.

Bakı şəhəri Qaradağ rayonunun “Qurd qapısı” yaşayış massivində müvəqqəti fəaliyyət göstərən Laçın rayonunun İmanlar kənd tam orta məktəbinin həyətində açıq hava şəraitində keçirilmiş, 47 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışmış, Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirmişdir.Rayon rəhbəri çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin sosial-iqtisadi həyatındakı xidmətlərindən söz açaraq, respublikada məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən də danışmışdır.

Səyyar qəbulda 5 nəfər məcburi köçkünün müraciəti dinlənilmişdir. Həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür. Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri iştirak etmişlər.
Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına görə, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu keçirilmişdir
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu keçirilmişdir
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu keçirilmişdir
Oxunub: 114



XƏBƏR LENTİ
İlqar Atabəylinin hüquqları pozulur – Həbs edilən jurnalistlə bağlı aksiya keçiriləcək
Vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi - bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi
İmzalanmış siyasi Bəyannamə mahiyyət etibarilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırır.
SON DƏQİQƏ! Gənclər və İdman İdarəsinin rəisi SAXLANILDI
Zaur Kamal müğənnini efirdən qovdu - "Kişilikdən deyil..." FOTO
Şəhid anasını bu vədlə aldadıb 11 min manat ALIB - FOTOFAKT
"Külək" MMC məhkəməyə verildi - Yasamal Rayon İcra hakimiyyətinin adı hallanır
İlham Əliyev Aşqabadda Putinlə görüşdü
Quruculuq mərkəzinə çevrilən Qarabağ
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi
Ombudsmanın maaşının artırılmasına QƏRAR VERİLDİ
Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən Vətən müharibəsindən sonra dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir.
İlham Əliyev bu gün Aşqabada gedir
Kəlbəcər belə qurulacaq - VİDEO
Bakıda məktəb YANIR
Şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədilir - Azərbaycan məktəbində biabırçılıq - VİDEO
Təhsil naziri: "Bəzi müəllimlərin direktor olmasını istəmirik"
İlham Əliyevdən Alla Vəzirova ilə bağlı SƏRƏNCAM
Hacı Mazan yenidən qalmaqal yaratdı - Məhkəməyə verilir - FOTO