XEBERNUR.info
 Valyuta məzənnəsi

Vətəndaşlara sms göndərən daha 5 nəfər “BANK ƏMƏKDAŞI” saxlanıldı

Oxunub: 46 Tarix:13-10-2021, 11:27

Vətəndaşlara sms göndərən daha 5 nəfər “BANK ƏMƏKDAŞI” saxlanıldıSon günlər Daxili İşlər Nazirliyinə vətəndaşlardan bank kartlarından müxtəlif məbləğlərdə pul vəsaitlərinin oğurlanması, həmçinin “Whatsapp” ani mesajlaşma proqramı ilə onlara bankların adından müraciətlərin və zənglərin edildiyi barədə şikayətlər daxil olub. Vətəndaşlar onlara zəng edən və sms yazan şəxslərin guya təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə kart məlumatlarının onlara göndərilməsini tələb etdiklərini bildiriblər. Məlumatları göndərən kart sahiblərinin isə sonradan hesablarından pullar onlayn yolla oğurlanıb.



Xəbər verilir ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-texniki tədbirlər zamanı qeyd edilən kibercinayətləri törədən mütəşəkkil dəstənin başçısı Cahad Hüseynov, onun qardaşı Nicat, qohumu Fərman Hüseynzadə, eləcə də Xanna Əliyeva və Dilşad İsmayılova saxlanılıblar. Onların yaşadıqları paytaxt ərazisində yerləşən evlərə baxış zamanı çoxlu sayda elektron sübutlar, istifadələrində olan mobil telefon və digər məlumat daşıyıcıları vasitəsi ilə vətəndaşlara özlərini bank əməkdaşı kimi təqdim edərək göndərdikləri hazır mətn formaları, səs yazıları aşkar olunaraq götürülüb.



Qeyd edək ki, dəstə üzvlərinin vətəndaşlarla əlaqə saxlayan zaman istifadə etdikləri mobil telefon nömrələrinin heç biri onların öz adlarına olmayıb. Onlar tanımadıqları insanlara məxsus mobil nömrələri xüsusi proqramlar vasitə ilə ələ keçirərək zərərəçəkənlərlə əlaqə saxlayıblar.



Qeyd olunan faktlarla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir. Hazırda göstərilən xüsusatların tam, hərtərəfli araşdırılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha müraciət edərək bildirir ki, şəxsi anket və bank kartlarındakı məlumatları heç bir halda tanmadıqları şəxslərə göndərməsinlər. Bu cür hallarla üzləşdikləri təqdirdə isə polis əməkdaşlarına, həmçinin Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə dərhal məlumat versinlər.


Oxunub: 46



XƏBƏR LENTİ
“Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi.”
Bakıda daha bir yanğın olub:
"Zibil qablarında yığdığım çörəklərlə balamı saxlayıram. Bu məmurlar mənim çörəyimi əlimdən aldılar." - İDDİA // VİDEO
Ölkəmizdə sosial problemlərin həllinə daha çox diqqət ayrılır
Ekologiya və "Sərvətlər" Nazirliyinin "sərvətləri" Azərbaycan xalqına, yoxsa Babayevlərə məxsusdur? - VİDEO
Bu küçədə natəmizlik baş alıb gedir - VİDEO.
Xanım baş redaktor Vilayət Eyvazovdan onu qəbul etməsini xahış edir
"Direktor müsabiqəsi"ndə iştirak etməyənlər, yüksək nəticə göstərənlərə necə "qalib gəlir" ?! - Təhsil Nazirliyinin "sirli əməlləri"
Vətəndaşlara sms göndərən daha 5 nəfər “BANK ƏMƏKDAŞI” saxlanıldı
Əvvəl maşını üstünə sürdü, sonra bıçaqladı - Füzulidə DƏHŞƏT
Daha bir xəstəxanada özbaşnalıq
YAP Səbail rayon təşkilatı Vətən müharibəsində şəhid olan Şükürlü Nicat Ayaz oğlunun ildönümündə iştirak edib.
Hava xəbərdarlığı: sabahdan güclü külək əsəcək
İradə Gülməmmədova mükafatlandırılan təhsil işçiləri ilə görüşdü
Qətlə yetirilmiş “Emin 444″ün qardaşı narkotiklə həbs olundu – Təfərrüat
Vətən müharibəsi şəhidi İlyas Şahvələdovun şəhadətə yüksəlməsinin 1 ili tamam olur.
Şəhid İlyas Şahvələdovun ailəsi ziyarət olunub
YAP Sabunçu Təşkilatı “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi ilə birgə Qaziləri mükafatlandırdı
Lotu Qulinin daha bir adamı həbs olundu - Fotolar