XEBERNUR.info
 Valyuta məzənnəsi

Sumqayıt küçələrində "qara qızıl" fantan vurur... - ŞOK GÖRÜNTÜLƏR // VİDEO - FOTO

Oxunub: 42 Tarix:8-10-2021, 18:07

Sumqayıt küçələrində "qara qızıl" fantan vurur... - ŞOK GÖRÜNTÜLƏR // VİDEO - FOTODogruXeber.az: - Ötən günlərdə "DogruXeber.az"da yayımlanan yazılarımızdan birində Sumqayıt şəhərini Sovetlər birliyi dövründəki Sumqayıt ilə müqayisə etmişdik və İcra başçısı Zakir Fərəcovun "diqqəti" sayəsində keçmişllə indiki Sumqayıtın mərkəzdən kənar əraziləri arasında o qədər də fərq olmadığını əyanı görüntülərlə də diqqətinizə çatdırmışdıq.Təəssüflər olsun ki, sözügedən materialın yayımından sonra nəyinki düzəlməyə doğru heç nə dəyişmədi, hələ üstəlik "DogruXeber.az" informasiya agentliyinin ünvanına "ürəyidolu" sakinlər tərəfindən daha bərbad, daha acınacaqlı mənzərələri əks etdirən görüntülər göndərildi.Bu görüntülərdə gördükləriniz yenə də Sumqayıt şəhər "Kimyaçılar" qəsəbəsində yaşayan sakinlərin özləri tərəfindən lentə alınıb.

Görüntülərdə də gördüyünüz kimi Elnarə xanım deyir: - "Hidayət adlı şəxs bu ərazinin çox hissəsini yaşayış ərazi olaraq satıb, hətta bir hissəsində ev tikib, hazır yaşayış evi olaraq satıb".

Satmağa vərdiş edən, kimdənsə "güc alan" bu Hidayət adlı şəxs, sakinlərin sözlərinə görə kanalizasiya borularının belə bir hissəsini də kəsib satıb.

Ona görə də sözügedən ərazidə qrunt suları sakinlərin nəyinki həyətlərinə, hətta evlərinə qədər axıb dolub. Sakinlər bildirir ki, bununla bağlı dəfələrlə aidiyyəti qurumlara, həmçinin Hidayətin özünə müraciət etsələr də dəyişən bir şey yoxdur.
Deyir: - "Elə hərə gəlib bir dəfə baxıb, gedir."

Maraqlıdır, görəsən sakinlərin adını çəkdiyi Hidayət kimdir, yaxud kimin nəyidir ki, onun barəsində tədbir görmək, etdiyi səhvlərini elə özünə düzəltdirmək bu qədər müşkülə çevrilib?...

Bundan əlavə, kanalizasiya sularının içində, üfunət qoxuyan, xəstəlik, mikrob mənbəyi olan ərazidə yaşayan sakinlərin çoxsaylı müraciətlərini və şikayətlərini İcra Hakimiyyəti nə səbəbə görməzdən gəlir?

Yəqin, başları daha mühüm işlərə (tender müqavilələri) qarışdırığından, bəlkə də heç o müraciətlərdən xəbərləri belə yoxdur...

Hələ torpaq satışı ilə məşğul olan qurum - Bələdiyyə adlı "makler qrupu" ümumiyyətlə bu kimi problemləri görmür, duymur.
Aidiyyəti qurumların məhəl qoymadığı ən adi bir problem üzündən çarəsiz sakinlər mətbuata üz tutur, mətbuatdan kömək umurlar.

Bəs aidiyyəti qurumlar nə düşünür?

Yoxsa bunu da Prezident aradan qaldırmalıdır?

O zaman siz nə üçün o kürsüdə əyləşirsiniz?

Hansı əməyinizə qarşılıq əmək haqqı alırsınız?

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Sumqayıt küçələrində "qara qızıl" fantan vurur... - ŞOK GÖRÜNTÜLƏR // VİDEO - FOTO
Sumqayıt küçələrində "qara qızıl" fantan vurur... - ŞOK GÖRÜNTÜLƏR // VİDEO - FOTO
Sumqayıt küçələrində "qara qızıl" fantan vurur... - ŞOK GÖRÜNTÜLƏR // VİDEO - FOTO
Sumqayıt küçələrində "qara qızıl" fantan vurur... - ŞOK GÖRÜNTÜLƏR // VİDEO - FOTO
Oxunub: 42



XƏBƏR LENTİ
“Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi.”
Bakıda daha bir yanğın olub:
"Zibil qablarında yığdığım çörəklərlə balamı saxlayıram. Bu məmurlar mənim çörəyimi əlimdən aldılar." - İDDİA // VİDEO
Ölkəmizdə sosial problemlərin həllinə daha çox diqqət ayrılır
Ekologiya və "Sərvətlər" Nazirliyinin "sərvətləri" Azərbaycan xalqına, yoxsa Babayevlərə məxsusdur? - VİDEO
Bu küçədə natəmizlik baş alıb gedir - VİDEO.
Xanım baş redaktor Vilayət Eyvazovdan onu qəbul etməsini xahış edir
"Direktor müsabiqəsi"ndə iştirak etməyənlər, yüksək nəticə göstərənlərə necə "qalib gəlir" ?! - Təhsil Nazirliyinin "sirli əməlləri"
Vətəndaşlara sms göndərən daha 5 nəfər “BANK ƏMƏKDAŞI” saxlanıldı
Əvvəl maşını üstünə sürdü, sonra bıçaqladı - Füzulidə DƏHŞƏT
Daha bir xəstəxanada özbaşnalıq
YAP Səbail rayon təşkilatı Vətən müharibəsində şəhid olan Şükürlü Nicat Ayaz oğlunun ildönümündə iştirak edib.
Hava xəbərdarlığı: sabahdan güclü külək əsəcək
İradə Gülməmmədova mükafatlandırılan təhsil işçiləri ilə görüşdü
Qətlə yetirilmiş “Emin 444″ün qardaşı narkotiklə həbs olundu – Təfərrüat
Vətən müharibəsi şəhidi İlyas Şahvələdovun şəhadətə yüksəlməsinin 1 ili tamam olur.
Şəhid İlyas Şahvələdovun ailəsi ziyarət olunub
YAP Sabunçu Təşkilatı “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi ilə birgə Qaziləri mükafatlandırdı
Lotu Qulinin daha bir adamı həbs olundu - Fotolar