XEBERNUR.info
 Valyuta məzənnəsi

Lerik Xəstəxanasının bank hesablarına HƏBS qoyulub - Həkimlər 3 aydır maaş almır

Oxunub: 71 Tarix:6-10-2021, 16:08

Lerik Xəstəxanasının bank hesablarına HƏBS qoyulub - Həkimlər 3 aydır maaş almırLerik Rayon Mərkəzi Xəstəxanasının tibb personalı 3 aydır ki, əməkhaqqı almır. Bu barədə Modern.az-a xəstəxanada çalışan tibb işçiləri məlumat verib. Xəstəxananın baş həkimi gecikmənin ondan asılı olmayan səbəblərdən qaynaqlandığını, tibb müəssisəsinin bank hesablarına həbs qoyulduğunu bildirib.



Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) sorğuya cavab olaraq, fakt təsdiq olunub.



Bildirilib ki, Lerik Rayon Mərkəzi Xəstəxanasının tibb işçilərinə avqust və sentyabr ayları üzrə əməkhaqlarının ödənişində gecikmənin olmasına səbəb Lerik rayon İcra və probasiya şöbəsi tərəfindən sözügedən xəstəxananın bank hesabına sərəncam qoyulmasıdır:



“Problemin aradan qaldırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Lerik rayon Məhkəməsinin qərardadından Şirvan Apellyasiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət olunub. Nəticə olaraq 30 sentyabr 2021-ci ildə Agentliyin şikayəti təmin olunub və Lerik Rayon Xəstəxanasının bank hesabına tətbiq edilən sərəncamın ləğv edilməsi üçün əsas yaranıb”.



Agentlikdən verilən məlumatda yaxın günlərdə Lerik Rayon Mərkəzi Xəstəxanasının tibb işçilərinin avqust və sentyabr ayları üzrə əməkhaqlarının ödənilməsinin təmin ediləcəyi açıqlanıb.

Oxunub: 71



XƏBƏR LENTİ
“Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi.”
Bakıda daha bir yanğın olub:
"Zibil qablarında yığdığım çörəklərlə balamı saxlayıram. Bu məmurlar mənim çörəyimi əlimdən aldılar." - İDDİA // VİDEO
Ölkəmizdə sosial problemlərin həllinə daha çox diqqət ayrılır
Ekologiya və "Sərvətlər" Nazirliyinin "sərvətləri" Azərbaycan xalqına, yoxsa Babayevlərə məxsusdur? - VİDEO
Bu küçədə natəmizlik baş alıb gedir - VİDEO.
Xanım baş redaktor Vilayət Eyvazovdan onu qəbul etməsini xahış edir
"Direktor müsabiqəsi"ndə iştirak etməyənlər, yüksək nəticə göstərənlərə necə "qalib gəlir" ?! - Təhsil Nazirliyinin "sirli əməlləri"
Vətəndaşlara sms göndərən daha 5 nəfər “BANK ƏMƏKDAŞI” saxlanıldı
Əvvəl maşını üstünə sürdü, sonra bıçaqladı - Füzulidə DƏHŞƏT
Daha bir xəstəxanada özbaşnalıq
YAP Səbail rayon təşkilatı Vətən müharibəsində şəhid olan Şükürlü Nicat Ayaz oğlunun ildönümündə iştirak edib.
Hava xəbərdarlığı: sabahdan güclü külək əsəcək
İradə Gülməmmədova mükafatlandırılan təhsil işçiləri ilə görüşdü
Qətlə yetirilmiş “Emin 444″ün qardaşı narkotiklə həbs olundu – Təfərrüat
Vətən müharibəsi şəhidi İlyas Şahvələdovun şəhadətə yüksəlməsinin 1 ili tamam olur.
Şəhid İlyas Şahvələdovun ailəsi ziyarət olunub
YAP Sabunçu Təşkilatı “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi ilə birgə Qaziləri mükafatlandırdı
Lotu Qulinin daha bir adamı həbs olundu - Fotolar