XEBERNUR.info
 Valyuta məzənnəsi

Bu gün Bakıda 3 ölkənin xüsusi təyinatlılarının təlimləri başlayır

Oxunub: 13 Tarix:12-09-2021, 10:02

Bu gün Bakıda 3 ölkənin xüsusi təyinatlılarının təlimləri başlayırSentyabrın 12-dən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi keçiriləcək.



Xebernur.info xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.



Məlumata əsasən, birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.



"Üç qardaş - 2021" beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.

Oxunub: 13



XƏBƏR LENTİ