XEBERNUR.info
 Valyuta məzənnəsi

Nyu-Yorkdakı müdhiş terror aktından 20 il ötür...

Oxunub: 39 Tarix:11-09-2021, 18:22

Nyu-Yorkdakı müdhiş terror aktından 20 il ötür...[s][/s]
Nyu-Yorkdakı müdhiş terror aktından 20 il ötür...
11 sentyabr hücumundan sonra beynəlxalq terrorizmin kökü niyə kəsilmədi?
...Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, 11 sentyabr hadisələrinə qədər ümumiyyətlə ABŞ radikal dini qruplaşmalarla əlaqəli terroru qəbul etmirdi: “Belə bir mövqe tutmuşdular ki, bu bir təhdid deyil. Lakin 11 sentyabr hadisələrindən sonra artıq dini radikal qruplaşmalar tərəfindən dünyanın təhdid olması məsələsi qəbul edildi. Bundan sonra ABŞ və Qərb dövlətləri dini təmayüllü radikal qruplaşmalara qarşı hərəkətə keçdi. İstər ərəb dövlətlərində, istər Əfqanıstanda və Afrikada antiterror əməliyyatları adı altında idarə edilən terror qruplaşmalarını maliyyələşdirdilər və onlardan da öz maraqları üçün istifadə etdilər. Tək hərbi və yaxud ərazi ələ keçirmək deyil, həm də iqtisadi maraqlar üçün addımlar atıldı. Eyni zamanda çirkli pullarının yuyulması, narkotik vasitələrin tranziti və digər məsələlərlə bağlı qarşıya qoyulan əsas məqsədlərə nail olundu”.Əfqanıstanda baş verənlər bir daha göstərir ki, hazırda “yatmış” terror qrupları da var: “Həmin qruplardan müəyyən dövlətlərə qarşı istifadə etmək istəkləri də nəzərə çarpır. Bu gün Əfqanıstanda hakimiyyətə gələn ”Taliban" dünyada terror təşkilatı kimi qəbul edilir. Buna baxmayaraq bir sıra dövlətlər onlardan istifadə etməyə çalışır. Artıq “Taliban” ilə paralel olaraq “Hizbut-Təhrir”, Özbəkistan İslam Ordusu və İŞID, “Əl-Qaidə” kimi təşkilatların hərəkətliliyi göünməkdədir. Təbii ki, bu cür hərəkətlilik kənardan idarə olunur və məram-məqsədi var. Bu cür hərəkətlilikdə - Əfqanıstanda Çinin, Rusiyanın və digər dövlətlərin də maraqları var. Bu gün ABŞ-ın Əfqanıstandan qoşunlarını çıxarması ilə paralel Rusiya ilə soyuq müharibənin yenidən qızışması istiqamətində atılan addımlar da müşahidə edilir. Bu təsadüfi deyil. ABŞ Rusiyaya qarşı açıq addımlar atmır, amma terror qruplaşmalarına loyallıq göstərməklə onları yönləndirir. Yəni radikal terror qruplaşmalarının var olmasında bir sıra dövlətlər maraqlıdır. ABŞ Əfqanıstandan çıxmaqla niyyətinə nail olmadı demək doğru hesab edilmir".Bu gün ən ciddi məsələlərdən biri terror qruplaşmaları ilə bağlı vaxtında onların araşdırma aparmaq və eyni zamanda terror qruplaşmalarına gənclərin cəlb edilməsinin qarşısını almaqdır: “Gənclərin belə təşkilatlara cəlb olunmasının qarşısının alınması və Cinayət Məcəlləsinin təkmilləşdirilməsi istiqamətində Azərbaycanda müəyyən qabaqlayıcı addımlar atılıb. Artıq digər dövlətlərlə məlumat mübadiləsi istiqamətində koordinasiyalı şəkildə işlər aparılır və bu istiqamətdə bu təhdidin qarşısını almaq üçün çox ciddi məsələlər ortaya qoyulub. Bu işdə Türkiyənin, Pakistanın və digər dövlətlərin bizim xüsusi xidmət orqanları ilə isti əlaqələri mövcuddur. Məlumat mübadiləsi istiqamətində çox ciddi addımlar atılır”.

Oxunub: 39



XƏBƏR LENTİ