XEBERNUR.info
 Valyuta məzənnəsi

Daha bir komitə iclasa toplaşır - Gündəlikdə 5 məsələ var

Oxunub: 36 Tarix:10-09-2021, 09:19

Daha bir komitə iclasa toplaşır - Gündəlikdə 5 məsələ varBu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçiriləcək.



Xebernur.info xəbər verir ki, iclasın gündəliyinə 5 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:



1.2021-ci il yaz və növbədənkənar sessiyaları ərzində Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabat



2.Əmək və sosial siyasət komitəsinin 2021-ci il üçün payız sessiyası dövrünə dair iş planı haqqında



3.“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi



4.“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi



5.Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Oxunub: 36



XƏBƏR LENTİ