XEBERNUR.info
 Valyuta məzənnəsi

“Azərbaycan Türkiyəyə hər cür yardıma hazırdır” - Ceyhun Bayramov

Oxunub: 245 Tarix:1-08-2021, 17:39

“Azərbaycan Türkiyəyə hər cür yardıma hazırdır” - Ceyhun BayramovAzərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlad Çavuşoğlu arasında telefon danışığı baş tutub.



Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər Türkiyədə baş verən meşə yanğınları, yanğınların söndürülməsi əməliyyatları, habelə həyata keçirilən xilasetmə işləri ilə bağlı fikir mübadiləsi aparıblar.



Azərbaycan dövlət başçısının tapşırığı ilə Türkiyəyə göndərilən yardımla bağlı hər zamankı kimi, qardaş Türkiyənin yanında olduğumuzu qeyd edən nazir Ceyhun Bayramov bundan sonra da hər cür yardımı göstərməyə hazır olduğumuzu vurğulayıb.



Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Oxunub: 245



XƏBƏR LENTİ